Tanınmış həkim Sankt-Peterburqda boğulub
Bakının bu qəsəbəsində meyxanaya pis baxılır? - VİDEO
Geri çağırılan səfirin katibəsindən uşağı var - Foto
AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya
NATO “Şərq gözətçisi“ əməliyyatına başlayacaq
Bəybala Xankişiyevə “stop“ qoyuldu -FOTO
Sergey Neçayev Almaniya XİN-ə çağırılıb
Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro
“Boeing 737 “ sərnişin təyyarəsi təcili eniş edib
Gürcüstanda buna yol verilməyəcək - Kobaxidze


09.01.2023  18:26 

“Əməliyyata şəxsən Əhməd Əhmədov başçılıq edirdi“ - Video





A+  A-

Yanvarında 5-də 12-ci ildönümü tamam olan “Bənəniyar hadisələri” zamanı özünü yandıran Yunis Əliyev hələ də bədənində müxtəlif izlərin qaldığını bildirib.

XəzərNews.az xəbər verir ki, o, bu barədə “Azadlıq Radiosu”nun Azərbaycan xidmətinə danışıb.

Y.Əliyev deyib ki, əlləri də yandığından o zamandan bəri bir işin qulpundan yapışa bilmir:

“Mən hər şeyimdən keçdim, təkcə intihar qaldı. Getdim benzin aldım”.

Anası Şəhrəbanu Əliyevanın sözlərinə görə, bu hadisələrdən sonra ürəyi xəstəlik tapıb, əlləri əsməyə başlayıb. O deyib ki, qapını açanda hərbi maşınları, əsgərləri görəndə çaşıb. Ermənistanla sərhədə yaxın olduqlarından elə bilib ki, müharibə başlayıb. Daha sonra onları ayaqyalın, ev paltarında polis şöbəsinə aparıb, yarıçılpaq, qarlı havada çöldə saxlayıblar. O, əməliyyata şəxsən Naxçıvan Muxtar Respublikasının keçmiş daxili işlər naziri Əhməd Əhmədovun başçılıq etdiyini söyləyib.

Bildirilib ki, bugünlərdə Naxçıvanın yeni təyin olunmuş daxili işlər naziri hadisələr zamanı işgəncə gördüyü deyilən Rza Nuriyevin ailəsini qəbul edib. Yerli mətbuat yazıb ki, nazir məsələnin dövlət tərəfindən yüksək səviyyədə nəzarətə götürüldüyünü, baş verənlərin tezliklə hüquqi-qiymətini alacağını bildirib.

Daha ətraflı:



Xəbər 2731 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.09.2025  20:52 

Türkiyədə meşə yanğınları


BÜTÜN XƏBƏRLƏR +