Tanınmış həkim Sankt-Peterburqda boğulub
Bakının bu qəsəbəsində meyxanaya pis baxılır? - VİDEO
Geri çağırılan səfirin katibəsindən uşağı var - Foto
AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya
NATO “Şərq gözətçisi“ əməliyyatına başlayacaq
Bəybala Xankişiyevə “stop“ qoyuldu -FOTO
Sergey Neçayev Almaniya XİN-ə çağırılıb
Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro
“Boeing 737 “ sərnişin təyyarəsi təcili eniş edib
Gürcüstanda buna yol verilməyəcək - Kobaxidze


11.02.2019  14:17 

Hava çiskinli olacaq





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 fevralda gözlənilən hava şəraiti ilə bağlı məlumatı açıqlayıb.
Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində arabir çiskin olacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 5-8, Bakıda gecə 3-5, gündüz 5-7 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Fevralın 12-13-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbər 3074 dəfə oxunub.




12.09.2025  20:52 

Türkiyədə meşə yanğınları


BÜTÜN XƏBƏRLƏR +