“ADY Əmlak“ MMC-nin direktoru vəzifəsindən azad edilib
Texniki baxışla bağlı yeni qərar
Şəmkirdə bir ayın əsgəri həyatını itirdi
Azərbaycanda təhsil jurnalistikasına ehtiyac artır - Ekspert
Əsgərin ölümünə görə həbs edilən zabitlər azadlığa buraxıldılar
Sabahın hava proqnozu açıqlanıb
Tarixi hamamdan qanunsuz istifadənin qarşısı alınıb
“Formula 1”ə görə bəzi məktəblərdə tədris onlayn olacaq
Netanyahu məsuliyyətə cəlb olunsun - Əl Tani
“Habertürk” və “Show TV”yə həbs qoyuldu


28.08.2025  11:52 

Rusiya FTX azərbaycanlı qadını belə həbs etdi





A+  A-

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Ukrayna hərbi kəşfiyyatı ilə əməkdaşlıqda ittiham olunan azərbaycanlı Mehriban Lukinskayanı bir müddət öncə saxlayıb.

XəzərNews.az "Unikal"a istinadla xəbər verir ki, bu barədə FTX-nin İctimai Əlaqələr Mərkəzi məlumat yayıb.

1970-ci il təvəllüdlü Ryazan sakini 5 il müddətinə azadlıqdan məhrum edilib.

İstintaqın məlumatına görə, qadın Ukrayna tərəfi ilə "WhatsApp" və "Signal" messencerləri vasitəsilə əlaqə saxlayıb. O, Rusiyanın təhlükəsizliyinə qarşı istifadə oluna biləcək məlumatları əldə etmək üçün məqsədyönlü cəhdlər edib.

Saxlanılan şəxsin sözlərinə görə, o, Ukrayna kəşfiyyatı üçün hərbi texnikanı lentə alıb və Rusiya obyektləri barədə danışıb.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275.1-ci maddəsi (“Xarici dövlət, beynəlxalq və ya xarici təşkilatla məxfi əsaslarla əməkdaşlıq”) ilə cinayət işi açılıb.



Xəbər 2540 dəfə oxunub.




11.09.2025  12:47 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +