Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi
Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb
Piyadanı vuran sürücünü döydülər
Azərbaycanın neft zavodu Rusiyaya görə sanksiyaya məruz qaldı
AYNA-nın yığdığı pullar hara gedir, hara xərclənir? - Deputatdan açıqlama
Avtobuslara 15 faiz idxal gömrük rüsumu müəyyənləşib
Prezident bu yolların tikintisi ilə bağlı pul ayırdı
Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayıb
Gəlinini döyən qayınana cəzalandırılıb


05.12.2019  15:39 

PKK son bir ayda 45 mülki şəxsi öldürüb





A+  A-

PKK/YPG terror təşkilatı yenidən aktivləşib.
XəzərNews.az xəbər verir ki, PKK terrorçuları günahsız vətəndaşlara hücumlar təşkil edərək bölgədə yaradılmağa çalışılan güvən və sabitlik mühitini pozmağa çalışır.

Terror təşkilatı “Sülh çeşməsi” əməliyyatının keçirildiyi bölgədə və Türkiyənin sərhəd ərazilərində 9 oktyabrdan bəri 45 mülki şəxsi öldürüb, 244 nəfəri yaralayıb.

Türkiyə Müdafiə Nazirliyinin rəsmi “Twitter” səhifəsində yayılan açıqlamada Türkiyə Silahlı Qüvvələrinin mübarizəsinin terrorçulara qarşı olduğu və dinc əhalinin hədəf alınmadığı vurğulanıb:

"9 oktyabrdan bu yana “Sülh çeşməsi” əməliyyatının keçirildiyi bölgədə PKK/YPG terrorçuları tərəfindən birbaşa dinc əhalinin hədəf alındığı, partlayıcı qurğuların olduğu nəqliyyat vasitələri ilə törədilən terror aktlarında 23 günahsız mülki şəxs həyatını itirib, 55 nəfər isə yaralanıb. Ölkə daxilinə top mərmisi və raketlə edilən hücumlar nəticəsində isə 22 günahsız vətəndaşımız öldürülüb,189 vətəndaşımız yaralanıb”.

Xəbər 3142 dəfə oxunub.




05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı


BÜTÜN XƏBƏRLƏR +