Ağdərədə yanğın törədən şəxslər saxlanılıb
Kikboksçu qadın restoranda həmcinsini niyə döyüb?
Səfirimiz geri çağrıldı
Qazaxıstanda həbslər: Nazir və iş adamı saxlanıldı
Azərbaycanda hava yağışlı keçəcək - Sabah
Gəliri bir ildə 20 milyon manat azalıb
“İş bağlanıb, hara istəyirsən şikayət elə!”
Rusiya paraflanmış sazişə nikbin yanaşır - Overçuk
Overçuk Azərbaycanda saxlanılan ruslardan danışdı
DİM yeni tələbə olanlara müraciət etdi


05.12.2019  11:11 

Azərbaycanda kadr ehtiyatı bankı YARADILIR





A+  A-

Azərbaycanda kadr ehtiyatı bankı yaradılacaq.
XəzərNews.az-ın məlumatına görə, bunu “Dövlət idarəçiliyində səriştə modeli: “Çətinliklər və həll yolları” mövzusunda seminarda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, bu il intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə “Yüksəliş” müsabiqəsi təsis edilib. Hazırda bu istiqamətdə çox ciddi hazırlıq işləri aparılır.

M.Abbaszadə özəl sektor tərəfindən kompetensiyalar modelinin inkişafı sahəsində əldə olunmuş nailiyyətlərin vacibliyini də qeyd edib. O əlavə edib ki, belə təcrübənin öyrənilməsi və sonra müvafiq modellərin tətbiqi dövlət qulluğuna namizədlərin seçimini daha da çevik və səmərəli edəcək.

Xəbər 3261 dəfə oxunub.




04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı

04.09.2025  10:00 

Yeniyetmə su kanalında boğulub


BÜTÜN XƏBƏRLƏR +