XİN Dohaya hücuma dair açıqlama yaydı
Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı
Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi


22.02.2019  22:07 

Azərbaycan konfetləri Ermənistanda...





A+  A-

Ermənistan mağazalarında üzərində Azərbaycan dilində markalanma olan konfetlər satışa çıxarılıb.
XəzərNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, bunu ölkənin Qida məhsullarının təhlükəsizliyi dövlət xidmətinin başçısı Georgi Avetisyan deyib.

Avetisyanın sözlərinə görə, konfet qutularının üzərində erməni dilində qeyd olmasa da, Azərbaycan dilində və digər dillərdə markalanma olub, bu isə qüvvədə olan qanunvericiliyin pozulmasıdır, həm də onu göstərir ki, məhsul Ermənistana ixrac olunmaq üçün nəzərdə tutulmayıb.

Söhbət “Ferrero SpA” İtaliya şitkərinin istehsal etdiyi “Rafaello” və “Ferrero Rocher” konfetlərindən gedir ki, bunlar Ermənistana “Ferrero SpA” şirkətinin rəsmi nümayəndəliyi tərəfindən deyil, Avetisyanın bildirdiyi kimi, “naməlum təşkilat” tərəfindən idxal olunub.

“Biz idxalçını tapa bilmədik. Konfetlər “Surmalu” yarmarkasında alınıb. Onlar Ermənistana ya qaçaqmalçılıq yolu ilə gətirilib, ya da gömrük rüsumu tətbiq edilməyən 25, yaxud 50 kiloqramlıq partiya ilə daxil olub”, - Avetisyan bildirib.

“Şübhəli konfetlər” müsadirə edilib, indi Ermənistanın qida məhsulları təhlükəsizliyi dövlət xidməti onların mənşəyini araşdırır.

Oxşar hallar Ermənistanda artıq dəfələrlə baş verib. 2017-ci ildə İrəvan bazarlarında Azərbaycanın Quba rayonunda yetişdirilmiş almaların satışı qeydə alınmışdı.

Xəbər 3037 dəfə oxunub.




09.09.2025  20:27 

Leysan yağacaq, şimşək çaxacaq

09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +