Xankəndidə “Range Rover” qalmaqalı
Bu problemin səbəbkarı elə medianın özüdür - PR menecer
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi
Polşa Azərbaycan U-19 millisini məğlub etdi
ABŞ Rusiya, Çin və İrana qarşı olan layihədən çıxır?
Zelenski: Putin hazırda zəif vəziyyətdədir
Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü
İçkili halda uşaq doğan ana onu pəncərədən küçəyə atdı
Xəstənin 40 minini alıb, tort kəsib lağa qoydular


26.09.2018  09:46 

Bu gün dünya çempionatında fərdi mübarizəyə yekun vurulacaq





A+  A-

Bakıda davam edən cüdo üzrə dünya çempionatında bu gün fərdi mübarizəyə yekun vurulacaq.
XəzərNews.az xəbər verir ki, yeddinci yarış günündə Azərbaycanın iki cüdoçusu - Uşangi Kokauri (+100 kq) və İrina Kindzerska (+78 kq) tatami üzərinə çıxacaq. Hər iki idmançı mübarizəyə 1/16 final mərhələsindən başlayacaq. Onlar ilk görüşlərini müvafiq olaraq, belaruslu Vladislav Terpitski və litvalı Sandra Yablonskiteyə qarşı keçirəcəklər.

İlk görüşlər saat 10:00-da start götürəcək. Saat 16:00-dan etibarən isə medal qarşılaşmaları başlanacaq.

Qeyd edək ki, geridə qalan 6 yarış günündə Azərbaycan idmançılarından Aişə Qurbanlı (48 kq), Buyankişiq Purevsuren (52 kq), İçinxorlu Munxtsedev (57 kq), Orxan Səfərov, Kəramət Hüseynov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov və Zelim Kotsoyev (hər ikisi 100 kq) çıxışlarını başa vurublar. Onlardan yalnız Heydərov dünya çempionatının bürünc medalını qazanıb.

Dünya çempionatına sentybarın 27-də keçiriləcək qarışıq komanda yarışları ilə yekun vurulacaq.

Xəbər 3151 dəfə oxunub.



08.09.2025  16:38 

Prezident fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +