Bu ölkədən Ukraynaya hərbi yardım
Şuşada tarixi qərar: Bakı-Əbu-Dabi xəttində strateji tərəfdaşlıq mərhələsi
Kamçatkada güclü zəlzələ -VİDEO
Deputat istefa verdi, bütün rəhbər heyət getdi
Tanınmış ssenarist vəfat etdi -FOTO
Ceyhun Bayramov Marta Kos ilə görüşüb
Qumar oyunları təşkil edən şəbəkə ifşa olundu - ƏMƏLİYYAT
Onlar üçün ictimai nəqliyyat pulsuz ola bilərmi?
Gəlirlər 38.4, xərclər isə 41.5 milyard manat: Fərqi necə qapadacağıq?
Rusiya Ukraynaya yüzlərlə meyit qaytardı


25.09.2018  10:06 

Azərbaycanda növbədənkənar parlament seçkisi olacaq?





A+  A-

11 aprel prezident seçkilərindən sonra Nazirlər Kabinetinin yeni tərkibinin formalaşdırılmasında Milli Məclisin üzvlərindən də istifadə olunması deputatların sayının azalmasına səbəb olub.
XəzərNews.az xəbər verir ki, “Yeni Müsavat”ın yazdığına görə, ölkə prezidentinin sərəncamına əsasən, 4 deputat Nazirlər Kabinetinin strukturuna daxil olan mərkəzi icra hakimiyyəti orqanına rəhbər təyin olunub.

4 deputatın mandatının ləğvi o deməkdir ki, Milli Məclis üzvlərinin sayı daha dörd nəfər azalıb, 125-dən 119-a düşüb. Belə ki, ölkənin birinci xanımı Mehriban Əliyeva birinci vitse-prezident təyin edildiyi üçün 2017-ci ilin martında onun deputatlıq səlahiyyətlərinə xitam verilib.

Bundan əlavə, 2018-ci ilin aprelində deputat Astan Şahverdiyev qəfil ürəktutmasından dünyasını dəyişib.

Beləliklə, hazırda Milli Məclisdə 6 deputat yeri boşdur.

Yuxarıda xatırlatdığımız hadisələrə görə deputatsız qalan dairələr bunlardır: 14 saylı Xəzər, 120 saylı Cəbrayıl-Qubadlı, 101 saylı Göygöl-Daşkəsən, 43 saylı Sumqayıt üçüncü, 34 saylı Xətai ikinci, 91 saylı Ucar seçki dairələri.

Deputatsız qalan dairələrdə yeni seçkinin keçirilib-keçirilməyəcəyinə gəlincə, MSK katibi Mikayıl Rəhimov bildirdi ki, deputat mandatına xitam verildikdən sonra boş qalan dairədə yeni seçkinin təyin olunması Seçki Məcəlləsinin tələbi ilə tənzimlənir. Seçki ölkə prezidentinin sərəncamı ilə təyin edilir və bundan sonra həmin dairədə seçkilər keçirilir. Odur ki, deputatsız dairələrdə yeni seçkinin nə zaman olacağı prezident sərəncamı verildikdən sonra bəlli olur.

Qeyd edək ki, Seçki Məcəlləsinin 176-cı maddəsinə görə, deputat mandatının boş qalmasından sonra bir ay müddətində müvafiq birmandatlı seçki dairəsi üzrə əlavə seçkilər təyin edilməlidir. Konstitusiyanın 87-ci maddəsində isə qeyd olunur ki, parlamentin səlahiyyət müddətinin bitməsinə 120 gündən az müddət qalarsa, hər hansı səbəbdən deputatsız qalan dairələrdə seçkilər keçirilmir. Hazırkı Milli Məclis isə 2015-ci ilin noyabrında seçilib. Bu isə o deməkdir ki, növbədənkənar seçki olmayacağı halda növbəti parlament seçkilərinə iki ildən artıq müddət qalıb. Deməli, qanunvericilik boş qalan dairələrdə yeni seçkilərin keçirilməsi zərurətini yaradır.

Bir müddət öncə bu ilin payızında Milli Məclisin buraxılması və yeni parlament seçkilərinin keçirilməsi ehtimalının olduğu xəbərləri yayılmışdı. Lakin hələ ki bu haqda rəsmi qərar verilməyib. Son vaxtlar yayılan xəbərlərə görə, növbədənkənar parlament seçkilərinin növbəti ilin aprelində keçirilməsi gözləniləndir. Bu ilin qalan 3 ayında isə ölkə miqyaslı seçkiyə gedilməsi böyük ehtimalla reallaşmayacaq.

Xəbər 2905 dəfə oxunub.




18.09.2025  16:18 

Eyfel qülləsi bağlanıb

18.09.2025  13:02 

Prezident Marta Kosu qəbul edib

18.09.2025  10:15 

“Netflix“ Bakıya gəlir


BÜTÜN XƏBƏRLƏR +