XİN Dohaya hücuma dair açıqlama yaydı
Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı
Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi


12.06.2018  14:32 

Ramazan bayramı ilə bağlı qrafikdə dəyişiklik





A+  A-

Bakı Beynəlxalq Avtovağzal Kompleksi qarşıdan gələn Ramazan bayramı ilə əlaqədar iş qrafikində dəyişiklik edib.
XəzərNews.az xəbər verir ki, iyunun 13-dən 20-dək Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bayram ərəfəsində yarana biləcək sərnişin sıxlığının qarşısını almaq və kompleksin ahəngdar işləməsini təmin etmək məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Qeyd edək ki, hazırda gün ərzində 300-340 nəqliyyat vasitəsilə təxminən 7-8 min sərnişin yola salınırsa, bayram ərəfəsində 600-dən yuxarı reyslə 16 mindən çox sərnişin daşınması nəzərdə tutulur.

Kənardan dəvət olunan nəqliyyat vasitələrinin fəaliyyətinə 11 nəfərdən ibarət qiymət komissiyası nəzarət edəcək.

Bayram günləri regionlara səfər edəcək sərnişinlərə biletləri bir neçə gün öncədən almaq tövsiyyə olunur. Biletləri Avtovağzalın kassalarından və ya onlayn qaydada 10 gün öncədən əldə etmək olar.

Əlavə sual və təkliflər üçün vətəndaşlar 012 406 01 58/59 nömrələrinə müraciət edə bilərlər.

Bakı Beynəlxalq Avtovağzalının rəhbərliyi və kollektivi qarşıdan gələn Ramazan bayramı münasibətilə bütün həmvətənlərimizi təbrik edir və xoş istirahət arzulayırlar.

Xəbər 2755 dəfə oxunub.




09.09.2025  20:27 

Leysan yağacaq, şimşək çaxacaq

09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +