Biləcəridəki qəza: Ölənlər var
Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi
Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb
Piyadanı vuran sürücünü döydülər
Azərbaycanın neft zavodu Rusiyaya görə sanksiyaya məruz qaldı
AYNA-nın yığdığı pullar hara gedir, hara xərclənir? - Deputatdan açıqlama
Avtobuslara 15 faiz idxal gömrük rüsumu müəyyənləşib
Prezident bu yolların tikintisi ilə bağlı pul ayırdı
Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayıb


04.06.2025  15:55 

İş qurmaq vədi ilə qonşusunun 111.700 min manatını ələ keçirdi





A+  A-

Sumqayıt sakini Azər Əzizov qonşusu tərəfindən aldadılıb.

XəzərNews.az xəbər verir ki, o, bu barədə Bakupost.az-a şikayətində bildirib.

A.Əzizovun sözlərinə görə, Ələkbərli Yasin Tahir oğlu tərəfindən iş qurmaq vədi ilə aldadılıb, ümumilikdə 111.700 min manat məbləğində pulu qanunsuz yolla ələ keçirilib.

Zərəçəkənin iddiasına görə, Yasin Ələkbərli 2024-cü ilin aprel ayında bildirib ki, siqaret biznesi ilə məşğuldur, əgər pul verərsə, ona 25 faiz qazanc qaytaracaq. A.Əzizov bu vədə inanaraq 13.500 AZN məbləğində pulu Y.Ələkbərliyə verib. İkinci öz növbəsində bir neçə dəfə müxtəlif məbləğlərdə pulu qazanc kimi A.Əzizova qaytarıb. Daha sonra Y.Ələkbərli bildirib ki, daha çox pul verərsə, qazancı artıra bilər. Bu vədə inanan A.Əzizov dost-tanışdan aldığı ümumilikdə 111.700 AZN məbləğində pulu ona verib.

Ancaq bundan sonra A.Əzizov dəfələrlə müraciət etsə də, pulunu geri ala bilməyib. Y.Ələkbərli işlə Elman adlı şəxsin məşğul olduğunu bildirib.

Şikayətçi isə iddia edir ki, Elman adlı şəxsin bu məsələyə aidiyyatı yoxdur:

“Mən Elmanın nömrəsini tapdım. Zəng etdim, dedi ki, Yasinlə hansısa iş görmür və ona ümumiyyətlə, pul verilməyib. Mən çıxılmaz vəziyyətdə qalmışam. İş üçün pul aldığım insanlar hər gün qapıya gəlirlər. Polisə şikayət etmişəm. Lakin iş mülki məsələ kimi bağlandı.”

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Bildirildi ki, vətəndaşın müraciəti əsasında ərazi üzrə polis orqanında təhqiqat araşdırması aparılıb. Araşdırmanın nəticəsinə əsasən, məsələnin mülki xarakterli olması müəyyən edildiyindən, ona aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunub.

Zərərçəkmiş bu qərarı qanunsuz və əsassız hesab edir:

“Mənə qarşı dələduzluq edildiyini sübuta yetirən sənədləri və mesaj yazışmalarını təqdim etmişəm. Lakin təhqiqatçı bu materiallara baxmadan, heç bir araşdırma aparmadan işi bağlayıb. Bu, sadəcə ədalətsizlikdir.”

Onun sözlərinə görə, Y.Ələkbərli hazırda Rusiya Federasiyasına qaçmaq niyyətindədir və vaxtında hüquqi tədbirlər görülmədiyi təqdirdə ölkəni tərk edə bilər. Bu isə istintaqın aparılmasına, ədalətin bərqərar olunmasına ciddi maneə yarada bilər.

Hazırda zərərçəkmişin ümidləri yenidən hüquqi instansiyalara yönəlib. O, qəbul edilmiş qərarın ləğv edilməsini, yenidən obyektiv araşdırma başlanmasını və Ələkbərli Yasin Tahir oğluna qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) maddəsi ilə cinayət işi açılmasını tələb edir.

Vəkil Mehman Muradlı bildirib ki, Ali Məhkəmə Plenumunun dələduzluqla bağlı yekun qərarı var:

“Əgər pul həqiqətən iş qurulması məqsədi ilə alınıb, lakin işin icrası mümkün olmayıbsa, bu kommersiya məsələsi hesab olunur. Lakin pulun alınmasına baxmayaraq, iş üçün heç bir addım atılmayıbsa, bu, dələduzluq hesab olunur.”

Zərərçəkən Azər Əzizovun sözlərinə görə, ümumiyyətlə, heç bir iş görülməyib. Bu səbəbdən o, CM-nin 178.3.2 maddəsi ilə cinayət işi başlanılaraq əmələ hüquqi qiymət verilməsini istəyir.


Xəbər 2714 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı


BÜTÜN XƏBƏRLƏR +