“Ehtiyat skamyamız zəifdir....“ - Rimas Kurtinaytis
Oyunçularımı təbrik edirəm -Baş məşqçi
Mehdiyevə bağlı olan icra başçıları... - İDDİA
Hikmət Hacıyev kanslerin müşaviri ilə görüşdü
“Greenfield“ və “Tess“ çaylarında uyğunsuzluq var?
Mehdiyevin izi ilə... - Daha kimlər həbs oluna bilər?
Şimşək çaxacaq, sulu qar yağacaq
Bakıda parad keçiriləcək
Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edildi
MSK-a Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verdi


10.10.2023  23:19 

Tiktoka VPN-lə baxanlara -Xəbərdarlıq





A+  A-

Azərbaycanda təxminən üç həftədir "TikTok" sosial şəbəkəsinə giriş məhdudlaşdırılıb. Amma məhdudiyyətin davam etməsinə baxmayaraq, hələ də "TikTok"dan istifadə edənlərə rast gəlinir. Bəziləri müxtəlif VPN proqramları vasitəsilə "TikTok" sosial şəbəkəsindən istifadəni davam etdirirlər. Amma çoxsaylı VPN-lər mövcud olsa da, əksər istifadəçilər bu proqramın yaratdığı risklərdən xəbərdar deyil.

İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis Asif Rzayev açıqlamasında VPN-nin yol açdığı təhlükələrdən danışıb.

Onun sözlərinə görə, VPN istifadəçinin şəxsi məlumatlarını asanlıqla öyrənə bilir. Mütəxəssis deyir ki, bu proqram iki kompüter cihazı arasında olan məlumatları virtual tunel vasitəsilə şifrələyərək ötürən bir texnologiyadır:

"Yəni VPN qurulmuş cihazlarda informasiya şifrələnir və digər tərəfdə deşifrələnir. Bununla bağlı bir sıra VPN proqramları mövcuddur. Vətəndaşlarımız bu proqramlardan istifadə edərək fərqli ölkələrdəki serverlərə qoşularaq internet resurslarına bağlana bilərlər. Müharibə dövründə ölkəmizdə bəzi sosial media və internet resurslarına giriş qadağan edildiyi üçün vətəndaşlar VPN proqramından istifadə edərək bu resurslara qoşulmağa çalışırdı. Bu isə öz növbəsində təhlükəsizliklə bağlı risklər yaradır".

"Əsas risklərdən biri odur ki, VPN proqramını mobil cihaza quraşdırdıqda müxtəlif qovluqlara, kontakta giriş icazəsi istəyir və ya icazə istəmədən daxil olur. Nəticədə şəxsi məlumatlar qarşı tərəfin əlinə keçə bilər. Digər risk isə VPN-ə bağlanan zaman bütün addımların izlənilə və hətta, şəxsi məlumatların qarşı tərəflərə sızdırıla və ya satıla bilməsidir. Bu baxımdan VPN-dən istifadə edən vətəndaşlar VPN proqramlarını quraşdırdıqda diqqətli olmalıdırlar. Əks halda onların şəxsi məlumatları asanlıqla təhlükə altında olacaq", - deyə İT mütəxəssisi vurğulayıb.

Məlumat üçün bildirək ki, ölkəmizdə ən çox istifadə olunan riskli VPN proqramlarına "Psiphon", "NordVPN", "Hotspot Shield", "Turbo VPN", "TouchVPN", "Speedify" və digərləri daxildir.

Qeyd edək ki, sentyabrın 19-dan etibarən Azərbaycan ərazisində “TikTok” sosial şəbəkəsinin fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq edilib./İqtisadiyyat.az


Xəbər 5195 dəfə oxunub.




15.10.2025  17:35 

Bakıda parad keçiriləcək

15.10.2025  11:58 

Prezident müraciət ünvanladı

15.10.2025  10:27 

Abşeronda qətl hadisəsi


BÜTÜN XƏBƏRLƏR +