Mənə hədə-qorxu gəlirlər - Qarabağ əlili
İlham Əliyev bütün Qafqazın şərəfini qoruyub - Saakaşvili
Daha bir diaspor rəhbəri Rusiyadan çıxarılır
Yasamalda silahlı insident baş verib
“Ehtiyat skamyamız zəifdir....“ - Rimas Kurtinaytis
Mehdiyevə bağlı olan icra başçıları... - İDDİA
Hikmət Hacıyev kanslerin müşaviri ilə görüşdü
“Greenfield“ və “Tess“ çaylarında uyğunsuzluq var?
Mehdiyevin izi ilə... - Daha kimlər həbs oluna bilər?
Şimşək çaxacaq, sulu qar yağacaq


24.06.2022  16:30 

MTN-nin polkovnikinə hökm oxunub





A+  A-

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Qusar və Kürdəmir rayonlarının sabiq rəisi, polkovnik Bahadır Qocayevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

XəzərNews.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Bahadır Qocayev 5 il 6 ay azadlıqdan mərhum edilib.

Xatırladaq ki, Bahadır Qocayev özgənin 70 min manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilərək barəsində həbs qətimkan tədbiri seçilib.

İttiham olunan şəxsə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə yekun ittiham verilib.

Bahadır Qocayev əvvəllər MTN-nin Qusar və Kürdəmir rayon şöbələrinin rəisi olub. "MTN işi" ilə bağlı araşdırmalar başladıqdan sonra təhlükəsizlik strukturundan çıxarılıb.

Sonradan 2016-cı ildə isə Lənkəran Dövlət Universitetinin Ümumi işlər üzrə prorektoru təyin edilib, bir müddət sonra vəzifəsindən olunub.

Xəbər 3147 dəfə oxunub.




15.10.2025  17:35 

Bakıda parad keçiriləcək

15.10.2025  11:58 

Prezident müraciət ünvanladı


BÜTÜN XƏBƏRLƏR +