“Ehtiyat skamyamız zəifdir....“ - Rimas Kurtinaytis
Oyunçularımı təbrik edirəm -Baş məşqçi
Mehdiyevə bağlı olan icra başçıları... - İDDİA
Hikmət Hacıyev kanslerin müşaviri ilə görüşdü
“Greenfield“ və “Tess“ çaylarında uyğunsuzluq var?
Mehdiyevin izi ilə... - Daha kimlər həbs oluna bilər?
Şimşək çaxacaq, sulu qar yağacaq
Bakıda parad keçiriləcək
Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edildi
MSK-a Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verdi


19.02.2018  13:54 

Əli Həsənovun kitabı qırğız dilində nəşr edildi





A+  A-

Qırğızstanın “Turar” nəşriyyatı Xocalı Soyqırımının anım günü ərəfəsində Azərbaycan prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, tarixi elmlər doktoru, professor Əli Həsənovun "Xocalı soyqırımı" kitabını qırğız və rus dillərində çap edib.
XəzərNews.az xəbər verir ki, kitabda son iki əsrdə azərbaycanlılara qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti təhlil edilir. XX əsrin 80-ci illərinin ikinci yarısından başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasəti, o cümlədən 1988-1993-cü illərdə azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti elmi mənbələrə əsasən araşdırılır, xüsusilə, XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı aktı bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmişdiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir.

Kitabda 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən şəhərin işğalı zamanı həyata keçirilən cinayətlər, xüsusilə dinc əhaliyə qarşı törədilən vandalizm aktları xarici mənbələrə əsasən geniş təhlil edilir.

Kitabın müəllifin əsas məqsədi soyqırımın dəhşətlərini dünya ictimaiyyətinə çatdırmaq və bütün bəşəriyyəti zorakılığa qarşı mübarizədə birləşdirərək, cinayət törədənləri məsuliyyətə cəlb edilməsidir.

Əsəri qırğız dilinə Bekten Dıykanbay çevirib.

Xəbər 2956 dəfə oxunub.




15.10.2025  17:35 

Bakıda parad keçiriləcək

15.10.2025  11:58 

Prezident müraciət ünvanladı

15.10.2025  10:27 

Abşeronda qətl hadisəsi


BÜTÜN XƏBƏRLƏR +