Biləcəridəki qəza: Ölənlər var
Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi
Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb
Piyadanı vuran sürücünü döydülər
Azərbaycanın neft zavodu Rusiyaya görə sanksiyaya məruz qaldı
AYNA-nın yığdığı pullar hara gedir, hara xərclənir? - Deputatdan açıqlama
Avtobuslara 15 faiz idxal gömrük rüsumu müəyyənləşib
Prezident bu yolların tikintisi ilə bağlı pul ayırdı
Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayıb


28.11.2022  11:35 

Naxçıvan gömrüyündən Biləsüvara qədər davam edən soyğun....





A+  A-

Naxçıvan gömrüyü ilə bağlı aparılan araşdırmalar davam edir. Rəsmi dövlət qurumları ilə yanaşı mediada da bu haqda yeni faktlar üzə çıxmaqdadır. Bu vaxta qədər gömrükdə problemlərlə qarşılaşan şəxslər də bu məsələni ictiailəşdirməyə maraqlı görünürlər.

XəzərNews.az xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikasından olan və adının çəkilməsini istəməyən iş adamı “Yeni Sabah”a müraciətində bildirib ki, o Türkiyədən ölkəyə mal idxal edib.

Bildirir ki, Türkiyədən Sədərək gömrüyü vasitəsilə ilə malları Naxçıvana gətirdiyi zaman gömrükdə dövlət rüsumunun ödənişini edir. Lakin sonradan Naxçıvan şəhər gömrüyündə də malları Bakıya yola salmaq üçün ondan əlavə ödəniş tələb olunurdu:

“Düşünün, Gəncədən Bakıya mal gətirmək üçün yolda kimlərə isə əlavə ödəniş eləmək məcburiyyətindəsən. Bu sadəcə dəhşətdir.

Məcbur qalaraq əlavə ödənişi ödəyib mallarımızı Naxçıvan şəhər gömrüyündən üzü Bakıya doğru yola salırdıq.

Növbəti dayanacaqda isə bizi Biləsuvar gömrüyü qarşılayırdı. Çünki Naxçıvandan Bakıya gələn yüklər Biləsuvar gömrüyü vasitəsi ilə Bakıya daxil olur. Bu zaman isə bizi Biləsuvarın gömrükçüləri soymağa başlayırdı.

Onlar da malların türk malı olduğu üçün bizdən küllü miqdarda ödəniş tələb edirdilər. Təsəvvür edin Azərbaycana girən mala sərhəddə ödəniş eləsək də daxildə yenidən iki dəfə ayrı-ayrı ödənişlər ödəməyə məcbur edilirdik. Dəfələrlə müxtəlif vaxtlarda Gömrük Komitəsinə şikayət eləsək də nəticə olmamışdı.

Məcbur qalaraq mallarımız xarab olmasın və malları daşıyan sürücülərə günlərlə Biləsuvarda qalmasın deyə gömrüyün tələb etdiyi qeyri-qanunu ödənişləri verirdik.

Halbuki qanunvericilik ilə hər hansı bir ölkədən mal gətirəndə və onun üçün müvafiq ödənişləri dövlət büdcəsinə ödədikdən sonra mal artıq yerli mal statusu alır və ölkənin bir şəhərindən digər şəhərinə daşınanda əlavə ödəniş alınmamlıdır.

Naxçıvan şəhər və Biləsuvar gömrükçüləri isə bildirirdilər ki, mal ölkəyə girən zaman Sədərək gömrüyündə ödəniş edilməsinə baxmayaraq, onlara da ödəniş edilməlidir. Ödəniş edildikdə isə bu haqda heç bir qəbz verilmirdi”.



Xəbər 2788 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı


BÜTÜN XƏBƏRLƏR +