İrandan Azərbaycana 16 kq narkotika keçirmək istədilər
Məktəb direktoru ilə bağlı araşdırma başlanıldı
Rusiyanı yalnız Çin dayandıra bilər - Tramp
Trampın mövqeyi Rusiyada eşidilmir - Zelenski
Bu proses hansı məhsulların qiymətini artıra bilər?
Mən Putinin alovlu döyüşçüsüyəm! - Kadırov
“Formula-1“ başlayır - Bakıda
Bu ölkədən Ukraynaya hərbi yardım
Şuşada tarixi qərar: Bakı-Əbu-Dabi xəttində strateji tərəfdaşlıq mərhələsi
Kamçatkada güclü zəlzələ -VİDEO


18.09.2025  09:14 

Pakistan və Səudiyyə Ərəbistanı strateji müdafiə paktı imzaladı





A+  A-

Pakistanın baş naziri Şahbaz Şərif və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman hər iki ölkəyə hücum zamanı qarşılıqlı yardım üçün strateji müdafiə sazişi imzalayıblar. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Pakistan Baş nazirinin ofisi hər hansı bir ölkəyə qarşı təcavüzün hər iki ölkəyə qarşı təcavüz aktı kimi qiymətləndiriləcəyini nəzərdə tutan paktın imzalandığını elan edən bəyanat yayıb.

XəzərNews.az xəvər verir ki, bundan əvvəl baş nazir və vəliəhd Ər-Riyadda Əl-Yəmamə kral iqamətgahında görüşüb, qarşılıqlı maraq doğuran müxtəlif məsələlər ətrafında danışıqlar aparıblar. Şərifi baş nazirin müavini İshaq Dar, müdafiə naziri Xavaca Asif və maliyyə naziri Məhəmməd Auranqzeb müşayiət edib.

“Dawn” nəşri qeyd edir ki, İslamabad və Ər-Riyad uzun müddətdir iqtisadi və müdafiə əlaqələri saxlayır; Pakistan Səudiyyə Ərəbistanından maliyyə yardımı və neft tədarükü alır.

İyun ayında Şərif bin Salmanla görüşüb və bu ilin mayında Pakistan və Hindistan arasında münaqişənin sona çatmasında oynadığı rola görə Ər-Riyada təşəkkür edib.

Xəbər 1267 dəfə oxunub.



18.09.2025  16:18 

Eyfel qülləsi bağlanıb


BÜTÜN XƏBƏRLƏR +