Elçin Mirzəbəyli ƏHD Partiyasından getdi
Vüqar Qurbanov baş həkimi işdən çıxardı
Telman İsmayılovun HƏDİYYƏSİ...
Səni ölüm yox, həyat öldürdü, Əlisəmid - Kəramət
Müdafiə Nazirliyindən əhaliyə xəbərdarlıq
Millidə dəyişiklik baş verib
HƏMAS girovları İsrailə təhvil verməyə başlayır
İsrail müharibədə qalib gəlib - Netanyahu
Polis iki gündə bu qədər silah topladı
Tramp Nobel mükafatını almamasının səbəbini açıqlayıb


22.07.2022  11:37 

Sözü həqiqət silahına çevirənlər…





A+  A-

Biz insanıq. Bu dünyanın ən qiymətli varlığıyıq. Yaradan bizdən dəyərli bir şeyi hələ yer üzünə gətirməyib. Elə belə deyilməyib ki, yer üzünün əşrəfi insandır. Amma bizdən əvvəl gələn, bizdən əvvəl olan bir şey var.

SÖZ…

Biz sözdən sonra yaranmışıq. Yaradanın bəlkə də ilk sözü - OL…

Biz ilk sözdən sonra yaradılan əşrəfik, insanıq.

Deməli, söz bizdən əvvəldir, bizdən böyükdür, bizdən əzəldir. İnsan bu dünyaya sözlə gəlir, sözlə gedir. Bizi qarşılayan da, yola salan da sözdür.

Biz söz adamıyıq. İşimiz söz, günümüz söz, əvvəlimiz, sonumuz söz. Qibləgahımız, dərgahımız, duracağımız, güvənəcəyimiz yer sözdür. Biz qələm adamlarının silahı sözdür. Kimi savaşda qan tökər, can verər, bizlər də qələmlə, sözlə savaşarıq.

Hərə bir cür savaşar. Kimi sözü haqqı, ədaləti, həqiqəti demək üçün sözü silaha çevirər, kimi də yalmanmaq, gözə girmək, əyilmək, mal-mülkə sahib olmaq üçün sözü çirkaba bulaşdırar…

Nə yaxşı ki, hələ də haqqı nahaqdan, gerçəyi yalandan, düz sözü əyridən seçənlər var.

Nə yaxşı ki,sözü sözdən seçənlər var. Bəlkə də bax o sözü sözdən seçənlər olmasaydı, həqiqi söz adamları olmazdı. Ya biz sözdən qaçardıq, ya söz bizdən. Hələlik biz sözdən bərk yapışmışıq, o da bizdən.

Mənə görə söz bizi biz edən nəsnədir. Kimisi üçün hərflərin, səslərin birləşməsidir, söz… Amma mənim üçün silahdır, nəfəsdir, övladdır, ailədir, dostdur, çörəkdir, sudur, hətta Vətəndir.

Çünki söz olmasa, savaşa bilməzdim.

Söz olmasa, sevə bilməzdim.

Söz olmasa, nəfəs ala bilməzdim. Söz olmasa, mən olmazdım.

Nə yaxşı ki, Tanrı adam olmağı, özü də söz adamı olmağı nəsib edib.

Nə yaxşı ki, bizə haqq sözü demək cəsarətini verib.

Nə yaxşı ki, sözümüz mötəbər, yolumuz haqq, istiqamətimiz həqiqətdir.

Nə yaxşı ki, tanrı bizi sözü həqiqət silahına çevirənlərdən qərar verib. Hara getsək, hara baxsaq, yenə də söz görürük. Bu gün bütün yollar, cığırlar sözə aparır.

Allah bizi sözsüz, sözü də bizsiz eləməsin.

Söz gününüz, milli mətbuat günümüz kutlu olsun.

Zaur Əhməd

Xəbər 3559 dəfə oxunub.




13.10.2025  11:11 

Millidə dəyişiklik baş verib

13.10.2025  10:37 

Avtobus qəzası, 40 nəfər öldü

13.10.2025  10:25 

Əlisəmid Kür vəfat etdi

12.10.2025  19:20 

Prezident İlham Əliyev Misirdə...

12.10.2025  15:49 

Sabahın havası açıqlandı

12.10.2025  15:44 

Vəzifəli şəxs bıçaqlandı

12.10.2025  01:26 

Terror aktı, yaralılar var

12.10.2025  01:23 

Tanınmış aktyor vəfat etdi -FOTO

12.10.2025  01:11 

Netanyahudan İrana məktub


BÜTÜN XƏBƏRLƏR +