Elçin Mirzəbəyli ƏHD Partiyasından getdi
Vüqar Qurbanov baş həkimi işdən çıxardı
Telman İsmayılovun HƏDİYYƏSİ...
Səni ölüm yox, həyat öldürdü, Əlisəmid - Kəramət
Müdafiə Nazirliyindən əhaliyə xəbərdarlıq
Millidə dəyişiklik baş verib
HƏMAS girovları İsrailə təhvil verməyə başlayır
İsrail müharibədə qalib gəlib - Netanyahu
Polis iki gündə bu qədər silah topladı
Tramp Nobel mükafatını almamasının səbəbini açıqlayıb


16.06.2022  16:39 

“Bu qala bizim qala” sənədli filmi hazırlandı - VİDEO





A+  A-

Azərbaycan mədəniyyətinin paytaxtı olan Şuşaya həsr edilən sənədli film ərsəyə gəlib. Şuşa şəhərinin əsasının qoyulmasının 270 illliyi ərəfəsində Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 5 yanvar 2022-ci il tarixli sərəncamıyla 2022-ci ili Azərbaycan Respublikasında “Şuşa İli” elan edib.

XəzərNews.az xəbər verir ki “Bakı Vaxtı Xəbər Portalı” MMC bu yüksək təşəbbüsə qoşularaq, “Şuşa İli” və Şuşanın 270 illik yubileyi münasibətilə “Bu qala bizim qala” sənədli filmini hazırlayıb.

Ekran əsərində Şuşa şəhərinin tarixindən, coğrafi mövqeyindən, təkrarolunmaz təbiətindən, Şuşa mədəniyyətinin Azərbaycan və dünya mədəni irsinə verdiyi töhfələrdən, həmçinin onun Qarabağ xanlığı dövründən və Azərbaycanın ictimai-siyasi həyatındakı müstəsna rolundan danışılır.

Filmdə Şuşa şəhərinin tarixinə qısa nəzər salınır:

-Şuşa qalasının tikilməsi və Qarabağ xanlığının paytaxtı elan edilməsinin Azərbaycanın və Türk-İslam dünyasının tarixi üçün önəmindən;

-Şuşanın mədəniyyət, təhsil, istirahət və şəfa mərkəzi kimi şöhrət tapdığı əsr yarımlıq bir dövrdən;

-Ermənistan-Azərbaycan münaqişəsinin başlaması ilə Şuşanın təhlükə altına düşdüyü, döyüşdüyü, Ermənistan Respublikası tərəfindən işğal olunduğu ağır illərdən;

-Azərbaycan xalqının Şuşa həsrəti və Şuşa ümidi ilə yaşadığı 10 410 gündən;

-44 günlük müqəddəs Vətən Müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Silahlı Qüvvələrimizin qəhrəmanlığı nəticəsində Şuşa şəhərinin azad olunması ilə düşmən üzərində hərbi qələbəmizin tamamlanmasından;

-Şuşanın və Azərbaycanın Zəfər günü ilə başlanan yeni tarixi yüksəlişindən danışılır.

Sənədli filmdə qəhrəman Azərbaycan əsgərinin şücayətindən, mərdliyindən, qanları ilə yazdıqları qəhrəmanlıq dastanından da söz açılıb.

“Bu qala bizim qala” sənədli filminin ideya müəllifi “Bakı Vaxtı Xəbər Portalı” MMC-nin təsisçisi İqbal Alısoy, ssenari müəllifi Seymur Şahbazov, rejissor Emil Babayev, redaktorlar Qalib İbrahimoğlu və Ramid İbrahimovdur.

“Bakı Vaxtı”nın Azərbaycan mədəniyyətinin paytaxtı elan olunan şəhərə öz sənət töhfəsini təqdim edir:



Xəbər 3809 dəfə oxunub.




13.10.2025  11:11 

Millidə dəyişiklik baş verib

13.10.2025  10:37 

Avtobus qəzası, 40 nəfər öldü

13.10.2025  10:25 

Əlisəmid Kür vəfat etdi

12.10.2025  19:20 

Prezident İlham Əliyev Misirdə...

12.10.2025  15:49 

Sabahın havası açıqlandı

12.10.2025  15:44 

Vəzifəli şəxs bıçaqlandı

12.10.2025  01:26 

Terror aktı, yaralılar var

12.10.2025  01:23 

Tanınmış aktyor vəfat etdi -FOTO

12.10.2025  01:11 

Netanyahudan İrana məktub


BÜTÜN XƏBƏRLƏR +