Ərəb turistlər Azərbaycan xalqından üzr istədi
Azərbaycanlı jurnalist təltif olundu
Prezident və birinci xanım Gəncədə...
Niyaməddin Orduxanlı Baş katib təyin olunub
Məşhur milyarder oğluna Azərbaycanda toy edəcək
Şıxlinskinin oğlunu 10 il həbs gözləyir
Qız şəkilləri bəyənən kişini sevgilisi döydü
“Kontakt Home”nin “Qızıl Zəmanət”i müştəriləri tələyə salıb
Sabah hava necə olacaq?
“Azərsu“nun dövlətə külli miqdarda vergi borcu yarandı


05.04.2017  18:05 

Qəbiristanlıqdna oğurluq edən TUTULDU





A+  A-

Bakı şəhərində xristian qəbiristanlığında dəfn olunan məzarların guya qəsdən kütləvi şəkildə dağıdılması, onların ətrafına çəkilmiş dəmir çərçivələrin bilərəkdən oğurlanması barədə məlumat verilib.
Bununla bağlı araşdırma aparılan zaman polis orqanlarına bu barədə mart ayında cəmi iki vətəndaşın şikayət etdiyi məlum olub.

Bu haqda Daxili İşlər Nazirliyindən XəzərNews.az-a verilən məlumatda bildirilib.
Məlumata görə, Sabunçu Rayon Polis İdarəsinə vətəndaş Dimitri Singin və Oleq Quryanov tərəfindən qohumlarının Balaxanı qəsəbəsində yerləşən qəbiristanlıqda olan məzarlarının üzərindən dəmir barmaqlıqlar və xaçların oğurlanması barədə şikayət verilib.

Sabunçu RPİ və 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Zəngilan rayon sakini əvvəllər məhkum olunmuş Hümbət Kərimov saxlanılıb.

Saxlanılan şəxsin Balaxanı qəsəbəsindəki fərdi yaşayış evinə baxış zamanı oradan məzarların dəmir barmaqlıqları və metal lövhələri aşkar olunaraq götürülüb. H.Kərimov ilkin izahatı zamanı dəmir parçalarını satmaq niyyəti ilə oğurladığını bildirib.

Qeyd edilən faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, istər paytaxtda, istərsə də regionlarında müxtəlif dinlərə məxsus olan çoxsaylı abidələrdə, maddi-mədəniyyət nümunələrində, o cümlədən qəbiristanlıqlarda dövlət hesabına yeri gəldikcə təmir-bərpa işləri aparılır. Həmin maddi-mənəvi abidələrin mühafizəsi isə daxili işlər orqanları tərəfindən etibarlı şəkildə qorunur.


Xəbər 3319 dəfə oxunub.



20.08.2025  16:16 

“Respublika” qəzeti bağlandı

20.08.2025  12:45 

Sabah hava necə olacaq?

20.08.2025  12:33 

Xalq artisti qızını polisə verdi


BÜTÜN XƏBƏRLƏR +