Məşhur dirijor xəstəxanaya yerləşdirilib -FOTO
Putindən əmr: Əməliyyatlar...
Cəlaloğlu bacısı oğlunun saxlanılmasından danışdı
Azyaşlıya zorakılıq edən dayə işdən çıxarıldı - RƏSMİ/YENİLƏNİB
Adnanın yaxtası Barselona sahillərində oyun çıxarır - FOTO
Baş nazir qərar imzaladı
Mehdiyev işində sürpriz adlar - Hədəfdə onlardır
Slavyansk atəş altında: Üç ölü var
Eldar Əzizovdan Fəqan Məlikova xəbərdarlıq
Müharibədə daha bir azərbaycanlı həlak oldu


05.09.2020  13:52 

PA-nın şöbə müdiri İlqar Məmmədovla görüşdü





A+  A-

Dünən Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədovun Prezident Administrasiyasının Siyasi partiyalarla və qanunvercilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ilə növbəti görüşü keçirilib.
XəzərNews.az xəbər verir ki, bu barədə REAL partiyasının rəsmi feysbuk səhifəsində məlumat verilib. Bildirilib ki, Ə. Vəliyev partiyanın qeydiyyatı münasibəti ilə Prezident İlham Əliyevin təbrikini İlqar Məmmədova çatdırıb.

“Təbrikə görə təşəkkürünü bildirən REAL sədri siyasi partiyaların qeydiyyatındakı son aylarda baş verən əhəmiyyətli dəyişikliyin müsbət yenilik olduğunu vurğulayıb. Tək ölkə vətəndaşları deyil, həm də ABŞ, Fransa, Böyük Britaniya və Avropa İttifaqı tərəfindən rəsmi bəyanatlarda partiyamızın qeydiyyatına yüksək qiymət verildiyini, bunu ölkəmizin beynəlxalq nüfuzuna ciddi fayda gətirən amil olduğunu bildirib.

Prezidentin köməkçisi Hikmət Hacıyevin bu yaxınlarda vətəndaş cəmiyyəti təşkilatları ilə başladığı görüşlər seriyasının həm də REAL Partiyası ilə hakimiyyət arasında davam edən dialoqun əks-sədası olduğunu görüşdə eşitməyindən İlqar Məmmədov məmnunluğunu ifadə edib.

REAL sədri dünən Avropa Şurasında 4 ilə yaxındır Azərbaycana qarşı davam edən pozuntu prosedurunun nəhayət rəsmən aradan qaldırılmasını da hakimiyyətin REAL ilə aparılan dialoqun müsbət nəticələrindən biri olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, yaratdığımız hüquqi örnək Azərbaycanın Avropa İnsan Haqları Konvensiyası sistemində yerini qoruyub. Bunun önəmi Avropa Şurası Baş katibinin dünənki bəyanatında bir daha vurğulanıb.

Cənab Ədalət Vəliyev bildirib ki, siyasi partiyalarla əlaqələr sahəsində Prezident Administrasiyasının hazırladığı yeni təşəbbüslərin yaxın aylarda ölkədə siyasi münasibətlərin yeni mərhələyə keçməsində rolu olacaq.

Söhbət zamanı ölkənin siyasi gündəminə aid problemli məsələlər, o cümldən Vəfa Nağı və Tofiq Yaqublu ilə bağlı qərarların nümunəsində məhkəmələrin insan haqlarını qorumasında yeri haqqında ətraflı fikir mübadiləsi aparılıb”, - deyə açıqlamada qeyd olunub.

Xəbər 3902 dəfə oxunub.




30.10.2025  18:56 

Putindən əmr: Əməliyyatlar...

30.10.2025  17:49 

Baş nazir qərar imzaladı

30.10.2025  13:20 

“Saray Plaza”da ölüm

30.10.2025  11:05 

Baş həkim təyin edildi


BÜTÜN XƏBƏRLƏR +