Mehdiyevin nəvəsi 630 minlik maşınla gəzir
Azərbaycanlıların həbsinə başlanıldı
Qırğızıstanın incisi... - İssıkkul gölü
Putin “Burevestnik”dən danışdı
Elton Məmmədov 3 milyon manatı ödəyib - Rəsmi
Əhmədzadənin Rumıniyada dəhşətli əməlləri...
“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb


18.01.2019  17:19 

Hindistanda 17 gündə 40, Yəməndə 79 nəfər - “Donuz qripi”nin yeni qurbanları





A+  A-

Hindistanın Racastan ştatında bu ilin əvvəlindən bəri azı 40 sakin H1N1 virusundan dünyasını dəyişib.
XəzərNews.az xəbər verir ki, bu barədə ştatın səhiyyə departamenti məlumat yayıb.

Məlumatda qeyd edilir ki, ştatda cari ilin yanvarın 1-dən 17-nə kimi 1036 virusa yoluxma halı qeydə alınıb. Onlardan 40-ı ölüb.

Rəsmi statistikaya görə, 2018-ci ildə Hindistanın şimalında 15 min insan “donuz qripi”nə yoluxmuşdu. Həmin dövrdə xəstəliyin qurbanları 1100 nəfər təşkil etmişdi.

Bundan başqa, ötən ilin sonlarından bəri Yəməndə də “donuz qripi”ndən ölənlərin sayı azı 79 nəfərə çatıb.

Qeyd edək ki, BMT-nin humanitar məsələlər üzrə koordinatoru Mark Loukok bildirib ki, dünyanın aclıqdan ən çox əziyyət çəkən ölkəsi olan Yəməndə humanitar vəziyyət daha da pisləşir. Yardıma ehtiyacı olan insanların sayı 20 milyona çatıb ki, bu da əhalinin 70 faizini təşkil edir.



Xəbər 2633 dəfə oxunub.




29.10.2025  17:20 

Azərbaycanda zəlzələ

29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +