Qoz infarkt keçirmə riskini 46 faiz azaldır
26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı


09.07.2025  14:31 

Əbu-Dabi görüşü nə vəd edir? - ŞƏRH





A+  A-

Xəbər verdiyimiz kimi, sabah Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində sülh prosesi çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçiriləcək. Regionda sülhün əldə olunması baxımından bu görüş böyük əhəmiyyət daşıyır. Tərəflərin yekun sülhlə bağlı bəyanatları da intensivləşib.

Bu baxımdan Əbu-Dabi görüşü nə vəd edir? Tərəflər arasında hansısa saziş imzalana bilərmi?

XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirdi ki, bu, yekun görüş olmayacaq:

“Biz başa düşməliyik ki, masanın üzərindəki sənəd sülh sazişidir. Bununla əlaqədar olaraq, Əbu-Dabi görüşü sadəcə, prinsipləri əhatə edən və bəzi məsələləri həll edən bir görüşdür. Amma digər məsələlər hələ öz həllini tapmalıdır.

Sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiyaların müzakirə olunması və həll edilməsi, humanitar məsələlər və s. var. Mövzular hələ çoxdur. Mən, doğrusu, inanmıram ki, orada hansısa sənədə qol çəkiləcək. Güman edirəm ki, ümumi bir bəyanat qəbul oluna və ya medianın sualları cavablandırıla bilər.

Azərbaycanın mövqeyi ondan ibarətdir ki, Ermənistanın rəsmi sənədlərində, o cümlədən Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalıdır. Bunlar həll edilmədikcə, Azərbaycan sülh sazişinə qol çəkməyəcək. Bu barədə mövqeyimiz açıq şəkildə bildirilib. Hər halda, ümid edək ki, mövqeləri yaxınlaşdıran bir görüş olacaq.”

Xəbər 761 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +