Paytaxtda 15500 manat oğurlayan şəxs saxlanılıb
Tramp inanır ki... - Rusiya - Ukraynada müharibəsinə son qoya bilər
Orxan Mürsəlovun sabiq müavininin həbsi tələb edildi
“Yelo Bank”a neçə dəfə maliyyə sanksiyaları tədbiq edilib?
YAP-ın deputatı Əli Kərimli haqda məqaləni bəyəndi - FOTO
“Ana Vətən” rəzaləti, yoxsa “siyasi partiya” adlı ailə təsərrüfatları...
Paşinyan: Azərbaycana tranzit məhdudiyyətlərini qaldırırıq
Bakıda 10 ailənin həyatı təhlükə altında -VİDEO
Azərbaycanla işi davam etdiririk - Paşinyan
Mehdiyev “şəbəkəsinin” “ağır topları” - Təmizlənmə nə zaman başlayacaq?


29.08.2023  14:22 

Həyacan: Demoqrafik vəziyyət kritikləşir, doğuş azalır, yaşlı və əngəlli insanların sayı artır





A+  A-

2015-ci 166 min 210, 2016-cı ildə 159 min 464, 2017-ci ildə 144 min 41, 2018-ci ildə 138 min 982, 2019-cu ildə 141 min, 2020-də 125 min, 2021-ci ildə 110 min 700, 2022-ci ildə 122 min 846 körpə dünyaya gəlib. 2015-ci illə müqaisədə 2022-ci ildə 43 min 364 uşaq az doğulub, doğuş sayı azalır. Amma digər çox ciddi problem də var – bizdə əhali də sürətlə qocalır və əngəlli insanların sayı kəskin artır.

Azərbaycanda ahıl şəxslərin (70 yaş və daha artıq olan) sayı 2000-ci ildə 226,7 min nəfərdən 2022-ci il 1 yanvar tarixinə olan məlumata əsasən 452,1 min nəfərə çatib – təqribən 2 dəfəyə yaxın artım var.

Bundan başqa əlilliyi müəyyən edilmiş şəxslərin sayı artaraq, bu müddətdə 251 min nəfərdən 615 min nəfərə qədər yüksəlmişdir – bu göstəricidə də 3 dəfəyə yaxın artım qeyd olunub.

Yəni, demoqrafik vəziyyətimiz kritikləşir, doğuş azalır, yaşlı və əngəlli insanların sayı artır – bu isə o deməkdir ki, bir müddət sonra təqaüd yaşında olanlar artacaq, obrazlı desək, “nəsillər arası həmrəylik” zənciri qırılacaq - indi gənclər işləyir, DSMF-yə pul ödəyir, o pulla təqaüdçülərə ödənişlər olunur, sonra indiki gənclər növbəti nəslin ödənişlərini təqaüd kimi almalıdırlar.

Zatən DSMF öz xərcini ödəyə bilmir, büdcədən ən çox dotasiya alan qurumlardan biridir, bir müddət sonra büdcənin təqaüd və əngəlli insanlara ödəniş üçün daha çox vəsait ayırmağa məcbur qalacağıq. Bu isə bir tək neft-qaz sektorunda asılı olan büdcənin yükünü çəkilməz edəcək, ödənişlərin azalması, həyat keyfiyyətinin və səviyyəsinin daha da azalması baş verəcək.

Mən anlayıram ki, bizim başımızı günlük problemlərin gündəlik müzakirəsi ilə qatıblar, ictimai müzakirələrdə stateji məsələlər populyar deyil, amma, həzarət, bilin və agah olun ki, indiki idarəetmə və iqtisadi sistem dəyişməsə, daha effektiv modelə keçə bilməsək ölkəmizi ciddi kasıblıq dövrü gözləyir. Çünki, xərclərimiz də kəskin artır, işğaldan azad edilən torpaqlarımızın bərpasına, təhlükəsizliyimizin təminatına hər il daha çox vəsait xərcləməyə məcbur olacağıq – bu isə o deməkdir ki, əlavə gəlir mənbələrinə ehtiyac artır, bu sistem isə əlavə dəyər yarada bilmir.

Demokrafik vəziyyətin düzəlməsi əlavə büdcə xərcləri tələb edir, “uşaq pulu” təsis edilməlidir ki, bu da büdcəyə yüklənəcək. Büdcə isə “bir borudan” asılıdır, ordandan keçən mayenin isə həcmi azalır, qiyməti oynaqdır, dayanıqlı inkişafa imkan vermir.

Deməli, məmləkətə bir "borudan sallanmayan” yeni iqtisadi model lazımdır, bu olmazsa-olmazdır, yeni iqtisadi model isə effektiv idarəetmə, ədalətli məhkəmə sistemi olmadan mümkün deyil...

Natiq Cəfərli
İqtisadçı


Xəbər 2513 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.10.2025  13:52 

Ramazan ayı bu tarixdə başlayacaq

27.10.2025  12:25 

Azər Maqsudova hökm oxunub -FOTO

27.10.2025  12:24 

Türkiyədə zəlzələ oldu

27.10.2025  10:15 

“Report“ 11 yaşında

27.10.2025  00:41 

İranda güclü zəlzələ

27.10.2025  00:30 

Bərdə terrorundan 5 il ötür


BÜTÜN XƏBƏRLƏR +