Gömrük polkovniki küçədə adam döydü - Video
Paytaxtda 15500 manat oğurlayan şəxs saxlanılıb
Tramp inanır ki... - Rusiya - Ukraynada müharibəsinə son qoya bilər
Orxan Mürsəlovun sabiq müavininin həbsi tələb edildi
“Yelo Bank”a neçə dəfə maliyyə sanksiyaları tədbiq edilib?
YAP-ın deputatı Əli Kərimli haqda məqaləni bəyəndi - FOTO
“Ana Vətən” rəzaləti, yoxsa “siyasi partiya” adlı ailə təsərrüfatları...
Paşinyan: Azərbaycana tranzit məhdudiyyətlərini qaldırırıq
Bakıda 10 ailənin həyatı təhlükə altında -VİDEO
Azərbaycanla işi davam etdiririk - Paşinyan


04.11.2022  19:58 

Büdcənin “neftsizliyə” immuniteti formalaşmalıdır





A+  A-

İki məsələ dövlət büdcəsilə bağlı daha qlobal hesab edilməlidir. Bunlardan birincisi büdcə xərclərinə nəzarət, ikincisi Dövlət Neft Fondundan dövlət büdcəsinə transferlərin həcminin 3 illik yox, əbədi azaldılmasıdır.

Birinci məsələ bu günki nəsil üçün, ikinci məsələ gələcək nəsil üçün strateji məsələdir.
33 milyard 300 milyon manat kiçik məbləğ deyil. Gələn il (2023) dövlət məhz büdcə şərtləri daxilindən 33,3 milyard manat pul xərcləməyi planlaşdırır. Bu pulun xərclənməsinə nəzarət nə qədər güclü və şəffaf olarsa, biz büdcə icrasının müsbət tərəflərini, real ekosistemə təsirlərini, sosial həyata faydalarını daha çox görə bilərik.
Hansı istiqamətə nə qədər pul ayırmaq məsələsi də təbii ki, zəruri faktordur, amma xərclərə ciddi və şəffaf nəzarət hər şeydən önəmlidir.

İkincisi Dövlət Neft Fondundan dövlət büdcəsinə transferlərin həcminin azaldılması həm gələcək nəsillər, həm də büdcə gəlirərinin dayanıqlığının formalaşması üçün vacibdir.

Yəni elə bir gün gələcək ki, neft gəlirləri olmayacaq, o zaman qəfil boşluq necə doldurulacaq? Buna görə də nəyin bahasına olursa olsun, hər il müəyyən qədər transfer həcmini azaltmaq lazımdır ki, neft gəlirləri kəskin azalana qədər büdcənin “neftsizliyə” immuniteti formalaşsın.

Qarşıdakı illər üçün Dövlət Neft Fondundan dövlət büdcəsinə transferlərin azaldılması hədəf olaraq qarşıya qoyulduğu görünür. Amma buna nə dərəcədə əməl edilə bilinəcəyini zaman göstərək.

Ona görə ki, 2012-ci ildə də bu məsələ gündəm oldu. Amma ötən il rekord həcmdə - 12.2 milyard manat transfer həyata keçirildi.

Bu son 10 il ərzində tranferin dinamikasını müəyyənləşdirmək üçün dünən son 10 ilin dövlət büdcə layihələrini gözdən keçirdim. Əldə etdiyim rəqəmlərin daha real görüntüsünü yaratmaq üçün bunu diaqram şəklinə saldım. Göründüyü kimi 2013-cü ildən başlayaraq 2017-ci ilə qədər DNF-dan transferlər azaldıldı. 4 il ərazində 5 milyard manat azaldıldı. 11,1 milyard manatdan 6,1 milyard manata qədər endirildi. Bu inanılmaz yaxşı nəticə idi. Amma 4 il ərazində salınan həcm bir il ərzində qaldırıldı və 2018-də 10,9 milyard manat oldu. Ötən ilə qədər isə bu artım tempi davam etdi.

İndi na görə bu məsələyə toxundum ki, DNF-dan transferlərin həcminin azaldılması ilə bağlı hədəf 2-3 illik olmamalıdır. 2026-cı ilə qədər endirib, 2027-ci ildən qaldırılmamalıdır. Bu bütün gələcək illərin büdcə layihələrinin qızıl qanunu olmalıdır.

Dövlət büdcəsinin “neftsizliyə” immuniteti yaranmalıdır.

Eldəniz Əmirov
İqtisadçı


Xəbər 2563 dəfə oxunub.




27.10.2025  13:52 

Ramazan ayı bu tarixdə başlayacaq

27.10.2025  12:25 

Azər Maqsudova hökm oxunub -FOTO

27.10.2025  12:24 

Türkiyədə zəlzələ oldu

27.10.2025  10:15 

“Report“ 11 yaşında

27.10.2025  00:41 

İranda güclü zəlzələ

27.10.2025  00:30 

Bərdə terrorundan 5 il ötür


BÜTÜN XƏBƏRLƏR +