Moskva üzərində 6 PUA məhv edilib
İranda güclü zəlzələ
Bərdə terrorundan 5 il ötür
Ukrayna bu ölkədən qırıcılar alacaq -Zelenski
Həyəcan təbili: quş qripi sürətlə yayılır
Kənan Heybətov dünya çempionu oldu
Ayfon işlədənlərin WhatsApp-ında problem: Statuslarda səs çıxmır
“Mehdiyevçilikdən” “antimehdiyevçiliyə” keçidin Əli İnsanov düsturu...
Vanqanın dəhşətli proqnozları
Əli Nağıyev Gürcüstana səfər edib


19.11.2020  19:16 

“Qarabağda atəşkəs məsələsində ABŞ və Fransa da iştirak edib“





A+  A-

“Dağlıq Qarabağda atəşkəs məsələsi ATƏT-in Minsk qrupunun həmsədrləri kimi ABŞ və Fransanın da iştirakı ilə, mövqeləri nəzərə alınmaqla həll olunmuşdu”.
XəzərNews.az “Report”a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov RT-yə müsahibəsində bildirib.

“Mənim fikrimcə, bu məsələ ABŞ-dan xəbərsiz həll olunmayıb. Çünki üç həmsədr ölkə olan Rusiya, ABŞ və Fransanın hələ 9 noyabr razılaşmasından əvvəl bir ay ərzində prezidentlər, xarici işlər nazirləri, xüsusi nümayəndələr səviyyəsində dəfələrlə səsləndirilmiş mövqeyi, yəni qan tökülməsini dərhal dayandıraraq atəşkəsə nəzarət mexanizmini yaratmaq istiqamətindəki mövqeləri siyasi cəhətdən, psixoloji cəhətdən öz təsirini göstərirdi”, - XİN başçısı vurğulayıb.

ABŞ və Fransanın da region ölkələrində nüfuz sahibi olduqlarını vurğulayan rusiyalı nazir bu iki ölkə nümayəndələrində Dağlıq Qarabağ münaqişəsi məsələsi ilə bağlı təmaslar zamanı müəyyən küskünlük sezildiyini deyib. O, bunu “kədərli” hal kimi qiymətləndirib.

Xəbər 3972 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.10.2025  00:41 

İranda güclü zəlzələ

27.10.2025  00:30 

Bərdə terrorundan 5 il ötür

25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq


BÜTÜN XƏBƏRLƏR +