Azərbaycanlıların həbsinə başlanıldı
Qırğızıstanın incisi... - İssıkkul gölü
Putin “Burevestnik”dən danışdı
Elton Məmmədov 3 milyon manatı ödəyib - Rəsmi
Əhmədzadənin Rumıniyada dəhşətli əməlləri...
“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb
Hər üçünün AMEA-dakı fəaliyyəti yoxlanılır


27.10.2020  20:53 

Azərbaycan erməni meyitlərini bu ərazilərdə qaytarmağa hazırdır





A+  A-

"Ermənistan humanitar atəşkəsin növbəti vacib parametrlərindən olan əsgərlərin meyitlərinin dəyişdirilməsi məsələsində də tamamilə etinadsızlıq göstərir".
XəzərNews.az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Prezident köməkçisi Hikmət Hacıyev deyib.

Dövlət rəsmisi bildirib ki, Ermənistan öz əsgərlərinin meyitlərinə də sahib çıxmır:

"Fransanın təşəbbüsü ilə 17-18 oktyabr tarixində humanitar atəşkəs elan olunan zaman Azərbaycan tərəfindən cəsədlərin qaytarılmasına hazırlıq ifadə olunmuşdu. Birtərəfli qaydada Azərbaycan erməni əsgərlərin və zabitlərin cəsədlərini qaytarmağa hazırlığını ifadə etsə də, qarşı tərəf bu günə qədər buna cavab verməyib. Ona görə də Azərbaycan birtərəfli qaydada Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası xətti ilə Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edərək sərhəd zonasında, yəni, Qazax, Tovuz istiqamətində və yaxud da Gürcüstan ərazisi vasitəsi ilə bu cəsədlərin bir qismini qaytarmağa hazırdır. Bundan başqa, Azərbaycan tərəfdə olan, onlara bütün tibbi yardımların göstərildiyi iki mülki yaşlı erməninin də Ermənistana verilməsinə hazır olduğumuz bildirilib. Onlardan biri qadın, digəri kişidir. Onlar hazırda, Tovuz, Qazax istiqamətinə çatdırılıblar. Amma Ermənistan buna hələ də sahib çıxmır".

Xəbər 4197 dəfə oxunub.




29.10.2025  17:20 

Azərbaycanda zəlzələ

29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +