Moskva üzərində 6 PUA məhv edilib
İranda güclü zəlzələ
Bərdə terrorundan 5 il ötür
Ukrayna bu ölkədən qırıcılar alacaq -Zelenski
Həyəcan təbili: quş qripi sürətlə yayılır
Kənan Heybətov dünya çempionu oldu
Ayfon işlədənlərin WhatsApp-ında problem: Statuslarda səs çıxmır
“Mehdiyevçilikdən” “antimehdiyevçiliyə” keçidin Əli İnsanov düsturu...
Vanqanın dəhşətli proqnozları
Əli Nağıyev Gürcüstana səfər edib


27.10.2020  18:54 

“Bu qədər insanı öldürməyi inkar etmək şərəfsizlikdir”





A+  A-

“Bu qədər mülki insanı öldürəsən, sonra deyəsən ki, bunu mən etməmişəm. Doğrudan da bu, şərəfsizlikdir”.
XəzərNews.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Al Jazeera” kanalına müsahibəsində bildirib.

Hikmət Hacıyev xatırladıb ki, erməni hərbçiləri həmişə döyüş meydanında məğlub olanda deyirdilər ki, onlar mülkiləri hədəf alacaqlar:

“Onlar bunu etdilər. Əgər raketin haradan atıldığını xatırlaya bilmirlərsə, onlara bunun Ermənistan ərazilərindən atıldığını göstərə bilərik - Ermənistanın Vardenis şəhərindən atılıb. Onun əsl adı Basarkeçərdir. Vaxtilə oranın əhalisinin çoxu azərbaycanlılar olub. Əgər bunu Ermənistan atmayıbsa, bəs kim edib? Azərbaycanda bu silahlar yoxdur. Bəs haradan gəldi bu raket?! Radarlar və müasir texnologiya ilə onun haradan gəldiyini görmək və qeydə almaq mümkündür. Mən əminəm ki, təkcə Azərbaycan deyil, həm də qonşu dövlətlərin radarları raketin atıldığı və düşdüyü yeri qeydə alıblar. Məqsəd də çoxlu sayda mülki şəxsi öldürmək olub”.

Prezidentin köməkçisi qeyd edib ki, Ermənistandan fərqli olaraq Azərbaycan Ordusu heç vaxt mülki şəxsləri hədəfə almır.

Xəbər 3969 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.10.2025  00:41 

İranda güclü zəlzələ

27.10.2025  00:30 

Bərdə terrorundan 5 il ötür

25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq


BÜTÜN XƏBƏRLƏR +