Gömrük polkovniki küçədə adam döydü - Video
Paytaxtda 15500 manat oğurlayan şəxs saxlanılıb
Tramp inanır ki... - Rusiya - Ukraynada müharibəsinə son qoya bilər
Orxan Mürsəlovun sabiq müavininin həbsi tələb edildi
“Yelo Bank”a neçə dəfə maliyyə sanksiyaları tədbiq edilib?
YAP-ın deputatı Əli Kərimli haqda məqaləni bəyəndi - FOTO
“Ana Vətən” rəzaləti, yoxsa “siyasi partiya” adlı ailə təsərrüfatları...
Paşinyan: Azərbaycana tranzit məhdudiyyətlərini qaldırırıq
Bakıda 10 ailənin həyatı təhlükə altında -VİDEO
Azərbaycanla işi davam etdiririk - Paşinyan


13.08.2019  16:52 

“Torqovı“da bu hərəkətləri onları rüsvay etdi - VİDEO





A+  A-

Bakı şəhərinin "Torqovı" adlanan mərkəzi hissəsində hərəkət edən iki orta yaşlı azərbaycanlı Məkkədə Həcc ziyarətində iştirak edən zəvvarları lağa qoyublar.
XəzərNews.az xəbər verir ki, onların bu yersiz hərəkəti sosial şəbəkə istifadəçiləri tərəfindən sərt tənqid olunub.

Onlardan birinin Səfər adlı paytaxt sakini olduğu bildirilir. Sosial şəbəkə istifadəçiləri hər iki şəxsi, xüsusən də Səfəri dini ayinləri lağa qoyduğu üçün ağır formada təhqir ediblər.

Xatırladaq ki, Qurban bayramı günü cəmərəyə (şeytana) daş atmaq və qurban kəsmək ibadəti İbrahim peyğəmbərdən (aleyhis-sələm) qalmışdır. Belə ki, İbrahim peyğəmbər Uca Allahdan oğul istəmişdi. Allah Təala da ona İsmayılı (aleyhi-s-sələm) bəxş etdi. Sonra İbrahim peyğəmbər dəfələrlə yuxusunda oğlunu qurban kəsdiyini görür və başa düşür ki, bu ona yuxu vasitəsi ilə Uca Allahın əmridir. Bu barədə Uca Allah Qurani Kərimdə belə xəbər verir: "O (İbrahim) dedi: "Ey Rəbbim! Mənə əməlisalehlərdən olan (övlad) bəxş et!” Biz də onu həlim xasiyyətli bir oğlan uşağı ilə müjdələdik. O, böyüyüb (atası ilə) bərabər çalışmaq həddinə çatdıqda (İbrahim) dedi: "Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör nə düşünürsən!" O dedi: "Atacan! Sənə buyurulanı yerinə yetir. Allah qoysa mənim səbrlilərdən olduğumu görəcəksən". Hər ikisi (Allahın əmrinə) tabe olduqları və (İbrahim) onu üzüstə yerə yıxdığı zaman, Biz onu çağırıb belə dedik: "Ey İbrahim! Artıq sən yuxunu təsdiq etdin!" Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Həqiqətən də bu, açıq-aydın bir imtahandır. Biz onun əvəzinə böyük bir qurbanlığı fidyə verdik. Sonradan gələnlər arasında ona (gözəl xatirə) qoyduq. İbrahimə salam olsun!" (əs-Saffat, 100-109).
Rəvayətə görə, İbrahim Uca Allahın bu əmrini yerinə yetirmək istəyərkən Şeytan onu müxtəlif hiylə, vasitələr və vəsvəsələrlə bu işdən yayındırmağa çalışdı. Ancaq buna müvəffəq olmadı və İbrahim (Allahın ona salamı olsun) yerdən bir daş götürüb ona atdı. Allah Təala İbrahimə bu sınaqdan üzüağ çıxdığına görə, ona bunun əvəzində bir qoç (qoyun) kəsməyi buyurur. İbrahim peyğəmbər oğluna əvəz göndərilən qurbanlığı kəsir. Odur ki, şeytana daş atmaq və qurban kəsmək o gündən vacib olmuşdur.
Digər bir rəvayətdə isə belə deyilir: "İbrahim (aleyhis-sələm) həcc etməyə gəldiyi vaxt ilk cəmrədə (şeytan daşlama yerində) yolunu kəsən şeytana yeddi daş atdı. Şeytan yerə batdı. İkinci cəmrənin yanında görəndə yenə yeddi daş atdı. Şeytan yenə yerə batdı. Üçüncü daşlama yerində şeytanı təkrar görəndə, yeddi daş atıb onu yerin dibinə batırdı". (əl-Hakim, İbn Xuzeymə).
Hicri-qəməri təqvimi ilə Zilhiccə ayının 10-cu günü Mina vadisində gün çıxandan gün batana qədər böyük şeytana daş atmaq mərasimi yerini yetirilir. Burada simvolik olaraq sütana bənzər tikililər olur. Həmin gün şeytan o daşa bağlı olur. Başqa yerdə və başqa vaxtda bu cür olmur. Hər bir zəvvar şeytana yeddi dəfə və ya daha artıq daş atırlar. Bu adət İslama zidd deyil, həccin bir hissəsidir. Bundan sonra qurbanvermə mərasimi başlayır. Həmin gün Qurban bayramı günü hesab olunur, bayram namazını qılırlar. Bununla da Zəvvarlar Həcc mövsümünü başa vururlar.
Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) "Ya Rəsulallah, bu daşları şeytana atmaqdakı mükafatımız nədir?" deyə soruşana, buyurdu ki: "Bunun mükafatını ən çox möhtac olduğun Qiyamətdə, Rəbbinin qatında tapacaqsan!" (ət-Tabərani). Rəsulullahın şeytan daşlamağa piyada gedib gəldiyi səhih hədislərdə bildirilir.



Xəbər 3556 dəfə oxunub.





27.10.2025  13:52 

Ramazan ayı bu tarixdə başlayacaq

27.10.2025  12:25 

Azər Maqsudova hökm oxunub -FOTO

27.10.2025  12:24 

Türkiyədə zəlzələ oldu

27.10.2025  10:15 

“Report“ 11 yaşında

27.10.2025  00:41 

İranda güclü zəlzələ

27.10.2025  00:30 

Bərdə terrorundan 5 il ötür


BÜTÜN XƏBƏRLƏR +