Daha bir YAP-çı deputatın paylaşımı qalmaqal yaradıb
Xaricidə işə düzəltmək adı ilə dələduzluq...
İlham Əliyevin Serbiyaya səfəri gözlənilir
ABŞ kəşfiyyatı: Putin müharibəni dayandırmaq...
Pulu büdcədən 5 dəfə çox olan mer həbs olundu
Polşa Rusiya təyyarəsini havada ələ keçirdi
Toydan 1 gün sonra ölən gəlin 7 aylıq hamilə imiş
Babi Yar qətliamı... - Görün dünyada nələr olub?
Rusiyada azərbaycanlı iş adamı itkin düşüb
Direktorların vatsap qrupunda qalmaqal


11.06.2018  13:54 

Sabah hava soyuyacaq - PROQNOZ





A+  A-

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın tutulub açılacağı, arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 16-19, gündüz 23-27, Bakıda gecə 17-19, gündüz 24-26 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Abşeron çimərliklərində

İyunun 12-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) arabir güclənən şimal-qərb küləyinin əsməsi nəticəsində nisbətən əlverişsiz hava şəraiti müşahidə olunacaq. Dəniz suyunun temperaturu 20-21 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) arabir güclənən şimal-qərb küləyinin əsməsi nəticəsində nisbətən əlverişsiz hava şəraiti müşahidə olunacaq. Dəniz suyunun temperaturu 21-22 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 14-19, gündüz 23-28, dağlarda gecə 7-11, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

İyunun 12-də Abşeron yarımadasında norma daxilində olan temperatur rejimi və mülayim xəzri küləyinin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbər 3106 dəfə oxunub.




29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi

28.10.2025  11:03 

Prezident Sabirabada səfər edib


BÜTÜN XƏBƏRLƏR +