Moskva üzərində 6 PUA məhv edilib
İranda güclü zəlzələ
Bərdə terrorundan 5 il ötür
Ukrayna bu ölkədən qırıcılar alacaq -Zelenski
Həyəcan təbili: quş qripi sürətlə yayılır
Kənan Heybətov dünya çempionu oldu
Ayfon işlədənlərin WhatsApp-ında problem: Statuslarda səs çıxmır
“Mehdiyevçilikdən” “antimehdiyevçiliyə” keçidin Əli İnsanov düsturu...
Vanqanın dəhşətli proqnozları
Əli Nağıyev Gürcüstana səfər edib


03.11.2017  14:54 

General xəbərdarlıq etdi





A+  A-

Bakı şəhər Baş Polis İdarəsi Müsavat Partiyasının bu gün Bakı şəhər İcra Hakimiyyətinin qarşısına təyin etdiyi piketlə bağlı xəbərdarlıq edib.
XəzərNews.az xəbər verir ki, Baş İdarənin rəis müavini, polis general-mayoru Səhlab Bağırov APA-ya açıqlamasında bildirib ki, paytaxtda razılaşdırılmamış hər hansı aksiyanın keçirilməsi yolverilməzdir: “Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış hər hansı aksiyanın və ya piketin keçirilməsinə imkan verilməyəcək. Kimlərsə paytaxtda qanunun tələbini və ictimai qaydanı pozaraq razılaşdırılmamış piket keçirməyə cəhd edərsə, qarşısı tərəfimizdən alınacaq. Belə bir cəhdə təşəbbüs göstərənlər isə məsuliyyətə cəlb olunacaqlar”.

S. Bağırov piketin təşkilatçılarını qanunvericiliyin tələblərinə əməl etməyə çağırıb.

Qeyd edək ki, Müsavat Partiyası noyabrın 3-də saat 15.00-da Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası qarşısında piket keçirilməsi ilə bağlı müraciət edib. Bakı Şəhər İcra Hakimiyyətində müraciətə baxılıb və piket keçirilməsinə razılıq verilməyib.

Müsavat Partiyası BŞİH-in bu qərarını qanunsuz sayaraq bu gün saat 16.00-da həmin ünvanda piket keçirəcəyini bildirib.

Xəbər 3210 dəfə oxunub.



27.10.2025  00:41 

İranda güclü zəlzələ

27.10.2025  00:30 

Bərdə terrorundan 5 il ötür

25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq


BÜTÜN XƏBƏRLƏR +