Moskva üzərində 6 PUA məhv edilib
İranda güclü zəlzələ
Bərdə terrorundan 5 il ötür
Ukrayna bu ölkədən qırıcılar alacaq -Zelenski
Həyəcan təbili: quş qripi sürətlə yayılır
Kənan Heybətov dünya çempionu oldu
Ayfon işlədənlərin WhatsApp-ında problem: Statuslarda səs çıxmır
“Mehdiyevçilikdən” “antimehdiyevçiliyə” keçidin Əli İnsanov düsturu...
Vanqanın dəhşətli proqnozları
Əli Nağıyev Gürcüstana səfər edib


31.07.2017  15:26 

Səudiyyə Ərəbistanı iranlı zəvvarları daşımaqdan imtina edib





A+  A-

Səudiyyə Ərəbistanı aviaşirkətləri Həcc ziyarətinə gedən iranlı zəvvarları daşımaqdan imtina edib.
Bunu İran Aviasiya Təşkilatının sədri Əli Abidzadə deyib.

Bu gün zəvvarları yola salan Ə. Abidzadə bildirib ki, iki ölkə arasında əldə olunan razılığa əsasən iranlı zəvvarların yarısını “İranAir” şirkəti, yarısını isə Səudiyyə Ərəbistanı hava yolları şirkətləri daşımalı idi. Lakin son anda Səudiyyə Ərəbistanı şirkətləri 26 min iranlı zəvvarın daşınmasından imtina ediblər.

“Biz indi məcburuq ki, zəvvarların daşınmasını özümüz həyata keçirək. Bunun üçün ağır və sıx uçuş proqramına ehtiyac var, lakin söz veririk ki, bütün zəvvarların daşınmasını həyata keçirəcəyik”, - deyə Ə. Abidzadə söyləyib. O qeyd edib ki, bu il ziyarətə gedəcək zəvvarların sayı artıb, lakin ölkənin hava limanlarında həmin zəvvarların qəbulu və yola salınması üçün lazımi infrastruktur dəyişikliyi edilməyib: “Buna görə biz öz zəvvarlarımızı Həcc ziyarətinə göndərmək üçün əlavə çətinliklərlə üz-üzəyik. Uçuşlarda gecikmələr olarsa, xalqımızdan buna görə indidən üzr istəyirəm. Bilsinlər ki, biz uçuşların tam təhlükəsiz və vaxtında yerinə yetirilməsi üçün əlimizdən gələni edəcəyik. Səudiyyə Ərəbistan tərəfindən asılı olan məsələlər bizlik deyil”.

Qeyd edək ki, bu il İrandan 86 min zəvvar həccə gedəcək.

apa

Xəbər 2757 dəfə oxunub.



27.10.2025  00:41 

İranda güclü zəlzələ

27.10.2025  00:30 

Bərdə terrorundan 5 il ötür

25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq


BÜTÜN XƏBƏRLƏR +