Paytaxtda 15500 manat oğurlayan şəxs saxlanılıb
Tramp inanır ki... - Rusiya - Ukraynada müharibəsinə son qoya bilər
Orxan Mürsəlovun sabiq müavininin həbsi tələb edildi
“Yelo Bank”a neçə dəfə maliyyə sanksiyaları tədbiq edilib?
YAP-ın deputatı Əli Kərimli haqda məqaləni bəyəndi - FOTO
“Ana Vətən” rəzaləti, yoxsa “siyasi partiya” adlı ailə təsərrüfatları...
Paşinyan: Azərbaycana tranzit məhdudiyyətlərini qaldırırıq
Bakıda 10 ailənin həyatı təhlükə altında -VİDEO
Azərbaycanla işi davam etdiririk - Paşinyan
Mehdiyev “şəbəkəsinin” “ağır topları” - Təmizlənmə nə zaman başlayacaq?


23.02.2017  16:48 

“Dünənki cücə cip-cipliyi ilə...” - Flora Aygünə cavab verdi





A+  A-

Xalq artisti Aygün Kazımova digər xalq artisti Flora Kərimovanın fikirlərinə münasibət bildirərək yeni qalmaqalın təməlini atıb. Belə ki, A.Kazımova F.Kərimovanın SSRİ xalq artisti Zeynəb Xanlarova haqda dediyi “Onun ifa etməsi sənət və sənətkarlıq deyil” sözlərinə etiraz edib.
XəzərNews.az bildirir ki, “Qafqazinfo” mövzu ilə bağlı Flora Kərimova ilə əlaqə saxlayıb. Sənətkar saytımız vasitəsilə Aygün Kazımovaya açıq məktub ünvanlayıb.

Flora Kərimovanın fikirlərini əks etdirən açıq məktubu olduğu kimi təqdim edirik:

“Jurnallarda qadın ləyaqətini tapdalayıb, azəri kişisinə utanc gətirən, yataq pantalonunun qırçınlarını mediada bəh-bəhlə nümayiş edən, nəyin bahasına olursa olsun, həmişə diqqət mərkəzində olmaq düçarına düşən, bu yaşda açıq-saçıq davranışına "bəsdir" demək iqtidarına çatmayan qız anası Aygün Kazımovaya açıq məktub...

Aygünün “Zeynəb Xanlarova Azərbaycan musiqisini, mədəniyyətini, bayrağını, millətini ən layiqli təbliğ edən, ucaldan, inkişaf etdirən, əvəzolunmaz, təkrarsız sənətkarımızdır. Onunla yalnız fəxr etmək və qürur duymaq gərəkdir. Başqa söhbətlərə ehtiyac yoxdur” ismarıcına cavabım budur:

Allah səni Azərbaycan musiqi və dünya vokal tarixinə qızıl hərflərlə düşməkdən, əsl sənətkarlar ailəsində püxtələşməkdən məhrum edib. Mənim sənətə olan təsəvvürümü, zövqümü dahilər- Bülbül, Rəşid Behbudov, ustadlar- Şövkət xanım, Sara xanım, Rübabə xanım, taleyi kəm olan Fatma xanım və indi də nümunə kimi qəbul olunanlar formalaşdırıb.



Sənin isə seçdiyin “dünya şöhrətli”, vətəndaş borcunu şəxsi mənafeyinə qurban verən, millətinə qara camaat deyən, müstəqillik əleyhinə səs verən, torpağımıza neçə illərdir göz dikən və əsrlərlə işğal edən ermənilərlə sülh istəyən Zeynəb Xanlarova oldu. Həyatınla bağlı bir neçə epizodu xatırladıram. İllər öncə məni axtardın, axır ki, gecə saat 12-dən sonra bağda tapdın və Röya ilə qırğın zamanı məndən nicat, dəstək istədin. Aldın da… ATV və onun milyon tamaşaçıları buna şahiddir. Bir neçə ildən sonra təkbaşına öhdəsindən gəldiyim İlhamə ilə sənin ölüm-dirim savaşında sənə dəstək oldum. Natavanla sənin döyüşündəki məğlubiyyətin hələ də dillər əzbəridir. Həmişə güvəndiklərin də səni meydanda tək qoyub, dəstək verməkdən də vaz keçdilər.

Sənətə təzə qədəm qoyan zaman bozqurdlardan olan, dostun “X” nəfərin qan davasından dəfələrlə qurtaran da mən oldum. Dağıl dünya, dünənki cücə cip-cipliyi ilə mənə mənəviyyat, vətəndaş, sənət dərsi öyrətmək xülyasına düşüb. İnsanlar var ki, başına qapazı Allah vurur. Tiplər var ki, özləri özlərini qapazlayırlar. Görünür, Aygün öz təbiətinə uyğun seçimini çoxdan edib. Əvvəl isti-isti danışıb, sonra fərqinə varan- sənin zövqünü tərbiyə etmək fikrindən çox-çox uzağam, artıq gecdir. Sənin bu halına məyusla təəssüflənən müstəqil Azərbaycanın ilk xalq artisti Flora Kərimova!”

Xəbər 5408 dəfə oxunub.




27.10.2025  13:52 

Ramazan ayı bu tarixdə başlayacaq

27.10.2025  12:25 

Azər Maqsudova hökm oxunub -FOTO

27.10.2025  12:24 

Türkiyədə zəlzələ oldu

27.10.2025  10:15 

“Report“ 11 yaşında

27.10.2025  00:41 

İranda güclü zəlzələ

27.10.2025  00:30 

Bərdə terrorundan 5 il ötür


BÜTÜN XƏBƏRLƏR +