Moskva üzərində 6 PUA məhv edilib
İranda güclü zəlzələ
Bərdə terrorundan 5 il ötür
Ukrayna bu ölkədən qırıcılar alacaq -Zelenski
Həyəcan təbili: quş qripi sürətlə yayılır
Kənan Heybətov dünya çempionu oldu
Ayfon işlədənlərin WhatsApp-ında problem: Statuslarda səs çıxmır
“Mehdiyevçilikdən” “antimehdiyevçiliyə” keçidin Əli İnsanov düsturu...
Vanqanın dəhşətli proqnozları
Əli Nağıyev Gürcüstana səfər edib


23.09.2025  15:15 

Nigar Fərhadın təhsil şirkətində dələduzluq





A+  A-

“Kanal S”də “Sözün bitdiyi an” verilişinin aparıcısı kimi tanınan Nigar Fərhadın rəhbəri olduğu “AID Language Center” MMC ilə bağlı dələduzluq iddiası var.

XəzərNews.az xəbər verir ki, vətəndaş Kamil Həsənli Azad İstehlakçılar Birliyinə müraciət edərək məsələnin ictimailəşdirilməsini xahiş edib.

Kamil Həsənli bildirib ki, 31 mart 2025-ci il tarixində internet resurslarından tapdığı elan əsasında xalası oğlu Kamran Həsənovun vasitəsilə “AID Language Center” MMC-nin əməkdaşı Gülay Məmmədova ilə müqavilə imzalayıb.

Müqavilə Kamil Həsənlinin yaşının az olmasına görə onun xalası oğlunun adı ilə bağlanıb. Lakin ödənişi, 3400 manat məbləği Kamil Həsənli özü edib.

Müqaviləyə əsasən, qarşı tərəf onu xaricdə təhsil almaq üçün göndərəcəyini vəd edib. Kamil Həsənlinin sözlərinə görə, bütün sənədlər əvvəlcədən MMC-yə təqdim olunub, ödəniş isə tam şəkildə nağd həyata keçirilib. Şirkətin digər əməkdaşları - Jalə, Samir və Gülay ona Almaniyada peşə təhsili veriləcəyini, təhsil müddətində ayda 1000 avro ödənəcəyini və yaşayış yeri ilə təmin olunacağını bildiriblər. O da bu vədlərə inanaraq 3400 manat ödəyib.

Lakin 3 ay ərzində müxtəlif bəhanələrlə vaxt uzadılıb, nəticədə Kamil Həsənliyə 9 illik attestatının xaricdə təhsil üçün yetərli olmadığı bildirilib. Halbuki sənədlər əvvəlcədən təqdim olunmuşdu. O, bu ilin iyulundan pulunun geri qaytarılmasını tələb etsə də, müraciətlərinə cavab verilməyib.

Məsələ ilə bağlı xalası oğlu Kamran Həsənov dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etsə də, nəticə əldə olunmayıb.

30 avqust 2025-ci ildə isə Kamil Həsənli ilə birlikdə MMC-nin sahibi Nigar Fərhadla görüşərək pulun 26 sentyabradək qaytarılacağı barədə vəd alıblar.

Pulu alınıb, lakin qarşılığında heç bir vədi yerinə yetirilməyən Kamil Həsənli Azad İstehlakçılar Birliyinə müraciət edərək məsələnin ictimailəşdirilməsini xahiş edib.

O hesab edir ki, belə hallar digər şəxslərin də aldadılmasına səbəb ola bilər./musavat.com

Xəbər 4984 dəfə oxunub.



27.10.2025  00:41 

İranda güclü zəlzələ

27.10.2025  00:30 

Bərdə terrorundan 5 il ötür

25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq


BÜTÜN XƏBƏRLƏR +