“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb
Hər üçünün AMEA-dakı fəaliyyəti yoxlanılır
Daha bir YAP-çı deputatın paylaşımı qalmaqal yaradıb
Xaricidə işə düzəltmək adı ilə dələduzluq...
İlham Əliyevin Serbiyaya səfəri gözlənilir
ABŞ kəşfiyyatı: Putin müharibəni dayandırmaq...
Pulu büdcədən 5 dəfə çox olan mer həbs olundu


15.12.2017  11:29 

Bu gün sonuncu yarımfinalçılar müəyyənləşəcək





A+  A-

Dekabrın 15-də futbol üzrə Azərbaycan kuboku yarışının dörddəbir final mərhələsinin növbəti cavab oyunları keçiriləcək.
XəzərNews.az xəbər verir ki, günün ilk qarşılaşması “Bayıl Arena”da “Səbail” və “Qəbələ” klubları arasında oynanılacaq. Bu kollektivlərin Qəbələdəki görüşündə meydan sahibləri qalib gəliblər - 1:0. Oyunun qalibi yarımfinalda “Neftçi” komandası ilə qarşılaşacaq.

Növbəti matçda “Kapital Bank Arena”da Ağdamın “Qarabağ” komandası səfərdə “Sumqayıt”ın qonağı olacaq. Ağdam klubu ilk görüşdə Sumqayıt təmsilçisinə 2:1 hesabı ilə qalib gəlib. Bu cütün qalibi yarımfinalda “Keşlə”nin rəqibi olacaq.

Bu iki oyunun nəticələri Azərbaycan kubokunun son iki yarımfinalçısını müəyyənləşdirəcək.

Azərbaycan kuboku uğrunda yarışların dekabrın 14-də oynanılan cavab qarşılaşmalarının nəticəsində “Neftçi” və “Keşlə” kollektivləri yarımfinala vəsiqə qazanıblar.

Xəbər 3281 dəfə oxunub.




29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +