Tramp və xanımı Melaniya Britaniyada səfərdədirlər
Ukrayna Belqorodu vurdu
Gürcüstan Azərbaycana olan borcunu tamamilə bağladı
Nazirlər ya telefonu götürmür, ya da... - Deputatdan sərt açıqlama
Prezident “Qarabağı“ təbrik edib
Tramp Polşa prezidentinə məktub göndərib
“Qarabağ” Bakıya qayıdıb
Cinayətdə şübhəli bilinən 63 nəfər saxlanılıb
Bakıda İsrail və Suriya görüşü keçiriləcək
Məktəbə gedən ana və iki övladını maşın vurub


19.03.2022  20:17 

Cəlilabad və Masallı yağış sularına təslim oldu - Video





A+  A-

Bu gün gecə saatlarından başlayaraq respublikanın cənub bölgəsinə yağan intensiv yağışlarla əlaqədar çaylarda və su kanallarında sululuğun artması, qısamüddətli sel və daşqın keçməsi nəticəsində Masallı və Cəlilabad rayonlarının bir sıra yaşayış məntəqələrində bəzi fərdi yaşayış evləri, həyətyanı və əkin sahələri, digər obyektlər və onların ətrafı subasmaya məruz qalıb.

XəzərNews.az FHN-ə istinadən xəbər verir ki, yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün dərhal əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən su basmış ərazilərdə xilasetmə, suçəkmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Görülmüş operativ və təxirəsalınmaz tədbirlərlə gün ərzində Masallı rayonunun Mollaoba, Təzə Alvadı, Bədəlan, Boradigah kəndləri, Cəlilabad şəhəri və rayonun Təzəkənd, Astanlı, Fərzili, Seyidbazar, Göytəpə, Porsava, Privolnoye kəndləri üzrə ümumilikdə 146 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Hazırda su basmış ərazilərdə suçəkmə və təxliyə tədbirləri davam etdirilir.



Xəbər 3289 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

17.09.2025  12:11 

Ukrayna Belqorodu vurdu

17.09.2025  10:49 

“Qarabağ” Bakıya qayıdıb

17.09.2025  01:20 

“Qarabağ” tarix yazdı

16.09.2025  10:29 

Bakıda intihara cəhd olub


BÜTÜN XƏBƏRLƏR +