Biləcəridəki qəza: Ölənlər var
Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi
Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb
Piyadanı vuran sürücünü döydülər
Azərbaycanın neft zavodu Rusiyaya görə sanksiyaya məruz qaldı
AYNA-nın yığdığı pullar hara gedir, hara xərclənir? - Deputatdan açıqlama
Avtobuslara 15 faiz idxal gömrük rüsumu müəyyənləşib
Prezident bu yolların tikintisi ilə bağlı pul ayırdı
Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayıb


05.05.2017  10:36 

Azərbaycan Prezidenti: “Ermənistan beynəlxalq hüquq normalarını kobud surətdə pozur“





A+  A-

"Avropa Oyunlarını başqa ölkələr qəbul etmirdi. Azərbaycan təklif etdi ki, bu Oyunlara ev sahibliyi edir. 5 min atletdən ibarət olan komandalar Bakıya gəldi. Bu, dini tolerantlığı göstərir. Həmin oyunlar yüksək səviyyədə keçirildi. Hər kəs razı qaldı. Bu il isə İslam Həmrəliyi Oyunları keçiriləcək, 3 min atlet Bakıya gələcək. Bizə birlik lazımdır. Əfsuslar olsun ki, müsəlman ölkələri terordan əziyyət çəkir".
XəzərNews.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində deyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan islamafobiyaya qarşı mübarizə aparan ölkələrdədir: "Beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik. Qarşılıqlı hörmətə əsaslanan əlaqələr olmasa, bu, mümkün olmaz. Biz nəinki düzgün yoldayıq, həmçinin irəliyə doğru addım atırıq. Azərbaycan 25 ildir ki, müstəqil ölkədir. Azərbaycan indiki qədər heç vaxt güclü olmayıb. Xalqımız öz ənənəvi köklərinə bağlıdır. Yeganə problemimiz Ermənistanın təcavüzüdür. Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edilib, 1 milyona yaxın insan qaçqın və məcburi köçkün düşüb. Onlar işğal edilmiş torpaqlarda hər şeyi yerlə yeksan ediblər. Biz isə erməni kilsəsini qoruyuruq. Ermənistan beynəlxalq hüquq normalarını kobud surətdə pozur. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri gün ərzində, hətta saatlar içində icra olunur. Amma bizə gələndə icra olunmur. Bu münaqişə Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir".

Xəbər 2352 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı


BÜTÜN XƏBƏRLƏR +