Azərbaycanlıların həbsinə başlanıldı
Qırğızıstanın incisi... - İssıkkul gölü
Putin “Burevestnik”dən danışdı
Elton Məmmədov 3 milyon manatı ödəyib - Rəsmi
Əhmədzadənin Rumıniyada dəhşətli əməlləri...
“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb
Hər üçünün AMEA-dakı fəaliyyəti yoxlanılır


05.02.2021  10:56 

Daha 28 müəssisədən Rusiyaya alma ixracına icazə verildi





A+  A-

Azərbaycanın daha 28 müəssisəsindən Rusiyaya alma ixracına icazə verilib.
XəzərNews.az xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) yaydığı məlumatda bildirilir.

“Fevralın 4-də “Rosselxoznadzor”la Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri arasında videokonfrans formatında danışıqlar keçirilib. “Rosselxoznadzor” bildirib ki, aparılan videokonfrans nəzərə alınmaqla, Azərbaycanın kompetent qurumundan əldə edilən məlumatlar əsasında fevralın 8-dən Rusiyaya 28 müəssisədən almanın gətirilməsinə icazə verir”, - məlumatda deyilir.

Qeyd olunur ki, bundan əvvəl daha 10 müəssisə üçün məhdudiyyətlərin ləğv edilməsi barədə qəbul edilmiş qərarlar nəzərə alınmaqla, almanı 38 Azərbaycan şirkəti ixrac edə bilər.

Xəbər 4427 dəfə oxunub.




29.10.2025  17:20 

Azərbaycanda zəlzələ

29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +