Seçkili orqanlarda tayfabazlıq... - Sərdar Cəlaloğlu
Ermənistan kimi seçdi: Tehranı, yoxsa Bakını?
İstintaqın əlində siyahı varsa... - İqbal Ağazadə
Prezident pambıq emalı zavodunun fəaliyyəti ilə tanış olub
Baltik şirkətləri Rusiyanın “kölgə donanması”na dəstək verir
Ət bazarında xaos... - “Broker Əbülfəz”in adı hallanır
Vaqif İbrahimov tiklilərin sənədləşdirilməsinə niyə mane olur?
İcra nümayəndəsinin verdiyi sənəd saxta çıxıb
Zelenski Rusiyanı uzaqmənzilli zərbələrlə hədələdi
İlanlar otelləri zəbt edib - Video


10.01.2023  10:08 

“Ruslar Soledarı ələ keçirməyə çalışırlar” - Zelenski





A+  A-

Donbas uğrunda döyüş davam edir, ruslar indi Donetsk bölgəsində Soledarı ələ keçirməyə çalışırlar. Ukrayna ordusu işğalçıların getdikcə daha sərt hücumlarına tab gətirmək məcburiyyətindədir.

XəzərNews.az xəbər verir ki, bu barədə Prezident Vladimir Zelenski dekabrın 9-da xalqa axşam müraciətində deyib.

Zelenski bildirib ki, bu gün Ali Baş Komandanın qərargahının növbəti iclasını keçirib:

"Biz Donetsk və Luqansk vilayətlərində, ən isti bölgələrdəki vəziyyətə diqqət yetirdik. Baxmut və Soledar, Kremennaya və Svatovo, yaxın həftələr üçün Donbassda ümumi perspektivlər. Donbas uğrunda döyüş davam edir. İşğalçılar indi ən böyük səylərini Soledara cəmləsələr də, bu çətin və uzun sürən döyüşün nəticəsi azadlıq olacaq”.

Prezident Baxmutu və digər şəhərləri müdafiə edən ukraynalı əsgərlərə təşəkkür edib.

XəzərNews.az

Xəbər 2609 dəfə oxunub.




28.10.2025  11:03 

Prezident Sabirabada səfər edib

27.10.2025  13:52 

Ramazan ayı bu tarixdə başlayacaq


BÜTÜN XƏBƏRLƏR +