Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


22.07.2025  17:07 

“Beynəlxalq” statuslu klinikada dərəbəylik... - Bu hansı xidmət səviyyəsidir?





A+  A-

Bakıda yerləşən Məlhəm Beynəlxalq Hospitalla bağlı daha bir narazılıq sosial şəbəkələrə çıxarılıb.

XəzərNews.az xəbər verir ki, 3 uşaq anası olan Nigar Salayeva iyulun 22-si saat 09:30 üçün nevroloq Sahilə Ələkbərovaya qəbul yazıldığını, lakin 2 körpə uşağı ilə birlikdə saatlarla həkimi gözlədiyini bildirib.

Onun sözlərinə görə, ödənişi 09:15-də edib və gözləmə otağına keçib. Lakin həkim qəbul otağında olmayıb, əlaqə üçün yazıldıqda isə yalnız “yoldayam” cavabı alınıb. Valideynə hər hansı üzrxahlıq və ya izah verilməyib.

“Dedim, yaxşı, biraz da gözləyək. Amma 1 saat keçdi, nə bir cavab verildi, nə də zənglərimizə baxıldı. Qəbul otağına yaxınlaşaraq pulumu geri istədim. Məni 2-ci mərtəbəyə – şikayət otağına yönləndirdilər. Orada isə heç kim yox idi. Soruşanda ki, iş saatı nə vaxt başlayır, “bilmirik” cavabını aldım”, – deyə ana bildirib.

Şikayətçinin sözlərinə görə, bu zaman klinikanın müdir müavini ona yaxınlaşaraq vəziyyətin düzgün olmadığını etiraf edib və pulu geri qaytaracaqlarını bildirib. Lakin bundan təxminən 2 saat sonra eyni şəxs geri qayıdaraq həkimin 20 dəqiqəyə gələcəyini deyib və “əgər gözləyə bilmirsinizsə, pulu qaytaraq” cavabını verib.

“Bura özəl klinikadır, üstəlik “beynəlxalq” adını daşıyır. 2 saatdan çox bir həkimi gözləmək, nə üzr, nə səbəb eşitməmək, nə də normal cavab almaq... bu hansı xidmət səviyyəsidir?”, - deyə yazan şikayətçi məsələ ilə bağlı TƏBİB və Səhiyyə Nazirliyinə də müraciət etdiyini bildirib.

Məlhəm Beynəlxalq Hospital və nevroloq Sahilə Ələkbərova tərəfindən məsələ ilə bağlı hər hansı rəsmi açıqlama verilməyib.

Zəhra
XəzərNews.az



Xəbər 1124 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +