“Ehtiyat skamyamız zəifdir....“ - Rimas Kurtinaytis
Oyunçularımı təbrik edirəm -Baş məşqçi
Mehdiyevə bağlı olan icra başçıları... - İDDİA
Hikmət Hacıyev kanslerin müşaviri ilə görüşdü
“Greenfield“ və “Tess“ çaylarında uyğunsuzluq var?
Mehdiyevin izi ilə... - Daha kimlər həbs oluna bilər?
Şimşək çaxacaq, sulu qar yağacaq
Bakıda parad keçiriləcək
Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edildi
MSK-a Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verdi


08.10.2025  13:10 

Deputatın tənqid etdiyi “Balakhani Company”nin rəhbəri Rövşən Rzayev kimdir?





A+  A-

Deputat Razi Nurullayev “Balakhani Operating Company” ilə bağlı sərt tınqidi fikirlər səsləndirib. O, qonaq olduğu internet televiziya proqramında şirkətin fəaliyyəti ilə bağlı bəzi məqamları gündəmə gətirib və məsələ üzrə araşdırma aparılmasının vacibliyini vurğulayıb. Deputat bildirib ki, şirkətin fəaliyyəti ictimai maraq doğurur və bu sahədə şəffaflığın təmin olunması önəmlidir.

XəzərNews.az deputatın çıxışının videosunu təqdim edir:



Əlbəttə deputatın bu çıxışından sonra diqqət “Balakhani Operating Company LTD” şirkətinin Azərbaycandakı filialına rəhbərlik edən Rövşən Rzayevə yönəldi.

Qeyd edək ki, neft-qaz hasilatı sahəsində fəaliyyət göstərən şirkətlə bağlı mediada zaman -zaman korrupsiya ittihamları və məhkəmə çəkişmələri tirajlanıb.

Mətbuatda yer alan məlumatlara əsasən, şirkət barəsində Yasamal Rayon Məhkəməsinə keçmiş prezident Walker James Alanın müraciət daxil olub.

Bəzi iddialarda isə şirkət rəhbərliyində korrupsiya hallarının və qeyri-şəffaf idarəetmənin mövcud olduğu qeyd edilir. Bildirilir ki, işçilərin işə qəbulu və maaş ödənişlərində pozuntular ola bilər. Həmçinin bəzi mənbələrdə şirkətin yüksək vəzifəli şəxsləri ilə bağlı mülkiyyət və gəlir məsələləri üzrə sualların yarandığı vurğulanır.

Eyni zamanda şirkətin vitse-prezidenti Əli Həsənli ilə bağlı da bəzi iddialar səsləndirilib.

Lakin bu iddialar rəsmi təsdiqini tapmayıb.

Məsələ ilə bağlı Balakhani Operating Company LTD rəsmi açıqlama yayıb. Şirkətdən bildirilib ki, Azərbaycandakı filial fəaliyyətə başladığı gündən optimallaşdırma, müasirləşdirmə və yenidənqurma layihələri həyata keçirir:

“Heyət üzvlərinin işə qəbulu şəffaf meyarlar əsasında aparılır. Namizədlər bilik və bacarıqlarına uyğun olaraq mərhələli yoxlamalardan keçirilir və ən səriştəli şəxslər işə qəbul olunur. Hal-hazırda şirkətdə 400-ə yaxın şəhid ailəsi üzvü, qazi və müharibə iştirakçısı müxtəlif vəzifələrdə çalışır”, – deyə açıqlamada qeyd olunur.



Məlumatlarda bildirilir ki, şirkətin idarəçiliyində qohumluq əlaqələrinin və qeyri-şəffaf işə qəbul hallarının mövcudluğu iddia olunur.

İddialara görə, şirkətin rəhbəri Rövşən Rzayev və vitse-prezidenti Əli Həsənli tərəfindən idarəetmədə müəyyən şəxslərə üstünlük verildiyi qeyd olunur. Bildirilir ki, bəzi vəzifələrdə yaxın qohum və tanışların təmsil olunması barədə məlumatlar mövcuddur.

Eyni zamanda bəzi mənbələr yüksək maaşlı vəzifələrdə çalışan əməkdaşların əməkhaqlarının bir hissəsini geri qaytarmağa məcbur edildiklərini iddia edirlər.

Məlumatda qeyd olunur ki, ağır şəraitdə çalışan bəzi işçilərin maaşları 1000–1500 manat arasında dəyişir, lakin digər struktur bölmələrdə çalışan bəzi əməkdaşların daha yüksək məvacib aldıqları bildirilir.

İddialarda həmçinin vurğulanır ki, şirkətin “operativ şöbə” adlanan bölməsində çoxsaylı işçilər fəaliyyət göstərir və həmin şöbə üzrə ödəniş mexanizmlərinin şəffaflığı ilə bağlı suallar mövcuddur.



Xəbər 2682 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.10.2025  17:35 

Bakıda parad keçiriləcək

15.10.2025  11:58 

Prezident müraciət ünvanladı

15.10.2025  10:27 

Abşeronda qətl hadisəsi


BÜTÜN XƏBƏRLƏR +