Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert
Binəqədidə çirkab suları küçəyə axır - Foto
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı


09.10.2017  12:39 

Bu obyekt 800 min manata satışa çıxarıldı





A+  A-

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 07 noyabr tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə ayın ilk hərracı keçiriləcək.
XəzərNews.az xəbər verir ki, hərracda 161 dövlət əmlakı satışa çıxarrılacaq. Bunlardan 76-sı kiçik dövlət müəssisə və obyekti, 55-i istifadəsiz qeyri-yaşayış sahəsi, 21-i səhmdar cəmiyyətləri 9-u isə nəqliyyat vasitələridir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Sabirabad Mexanikləşdirmə”, “Zaqatala Fındıq”, “Anar ”, “Salyan Kəndkimya“, “Xəzər Avtonəqliyyat”, “Lənkəran Mebel“ və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Budəfəki hərracda həmçinin "Boradigah Çay-2" Açıq Səhmdar Cəmiyyətinin yerləşdiyi torpaq sahəsi də özəlləşdirilməyə çıxarılıb. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.

Prosesdə özəlləşdiriləcək səhmdar cəmiyyətlərin nizamnamə kapitalı 28 min 572 manatla 850 min 208 manat arasında dəyişir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak “Sabirabad Mexanikləşdirmə” Açıq Səhmdar Cəmiyyətidir. Adı çəkilən əmlakın səhminin 30%-i 128 min manata yaxındır. Bundan başqa qiyməti ilə digərlərindən fərqlənən əmlak “Zaqatala Fındıq” Açıq Səhmdar Cəmiyyətidir. Həmin əmlakın 30% səhmi isə 126 min manata yaxın təklif olunur.

Hərracda ən yüksək qiymətə özəlləşdirməyə çıxarılan kiçik dövlət müəssisəsi Balakəndə yerləşən Əmlak kompleksidir. Adı çəkilən əmlak 550 min manata təklif edilir. Torpaq sahəsi 90 min kv.m-ə, ümumi faydalı sahəsi isə 3 min kv.m-ə yaxındır. Qeyd edək ki, əmlak torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılır.

Xəbər 3703 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +