Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü


25.03.2024  21:06 

Azərbaycan və Britaniya deputatlarının görüşü keçirilib





A+  A-

Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyasında Davamlı İnkişaf üzrə Daimi Komitənin iclası çərçivəsində Azərbaycan və Böyük Britaniya nümayəndə heyətlərinin görüşü keçirilib.

Xəzərnews.az xəbər verir ki, Milli Məclisin deputatları Soltan Məmmədov və Sevil Mikayılovanın iştirak etdiyi görüşdə əməkdaşlığın müxtəlif aspektlərinə dair müzakirə aparılıb.

Azərbaycan nümayəndə heyətinin üzvləri COP29 sessiyasına hazırlıqla əlaqədar ölkəmizin həyata keçirdiyi tədbirlər haqqında məlumat veriblər.

Milli Məclisin Parlamentlərarası İttifaqla əməkdaşlığı çərçivəsində COP29 tədbirində təşkil olunması nəzərdə tutulmuş müzakirələr haqqında fikir mübadiləsi aparılıb. Qlobal iqlim dəyişikliyi ilə mübarizədə parlamentlərin fəal iştirakını təşviq edilməsinin zəruriliyi qeyd olunub.

Parlamentlərarası İttifaq çərçivəsində əməkdaşlığın gələcək istiqamətlərinin müzakirəsi üçün qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.

Azərbaycan parlamentinin üzvləri Cənubi Qafqazda mövcud vəziyyət, Ermənistanla münasibətlərin normallaşması istiqamətində atılmış addımlar, ölkəmizin təklif etdiyi sülh gündəliyinə dair ətraflı məlumat veriblər.

Milli Məclisin deputatları britaniyalı həmkarlarının regional təhlükəsizlik, Ermənistanla sülh müqaviləsinin imzalanması perspektivləri, eləcə də Azərbaycan-Böyük Britaniya münasibətlərinin inkişafı ilə bağlı suallarının cavablandırıblar.

Görüşdə iki ölkənin parlamentləri arasında əməkdaşlığın dərinləşdirilməsinin ikitərəfli əlaqələrin inkişafı baxımından mühüm rola malik olduğu qeyd edilib.






Xəbər 5215 dəfə oxunub.



04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +