Baş nazir maaşlara əlavələrlə bağlı qərar verdi
881 kiloqram çətənə kolu aşkarlandı
Jurnalist olmaq istəyənlərin... - Qeydiyyat başladı
Bakı şəhər İcra Hakimiyyəti 425 min 685 manatlıq it yemi alır
Müəllim direktoru hədələyib? - “SMS yazıb ki, dilini boğazından çıxararam“
Bakıda 39, rayonlarda 41 dərəcə isti olacaq
İsrail Suriya qüvvələrinə 48 saat vaxt verib
Azərbaycan MDB-nin iclasını boykot etdi
Bakıda 2,4 milyonluq brilliant əməliyyatı...
“New Yorker“də kamera soyunub-geyinmə otağını çəkir?-İDDİA


14.07.2025  13:00 

Deputatlar tətilə çıxdı





A+  A-

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb. Növbədənkənar sessiyaya parlamentin bu gün keçirilən iclası ilə yekun vurulub.

XəzərNews.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclas Dövlət himninin səsləndirilməsi ilə başa çatıb. Bununla da Milli Məclis tətilə buraxılıb.

Bildirilib ki, parlament iyul ayının 15-dən avqust ayının 30-dək tətildə olacaqlar.

Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılırlar.

Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və Milli Məclisin deputatları həmin müddətə məzuniyyətdən geri çağırılırlar.

Qeyd edək ki, növbədənkənar sessiyanın ilk iclası iyunun 3-də keçirilib.

Xəbər 571 dəfə oxunub.




18.07.2025  10:23 

Ukrayna Moskvaya hücum etdi

17.07.2025  23:50 

FTB ləqəbli reper saxlanılıb


BÜTÜN XƏBƏRLƏR +