Rusiyanı yalnız Çin dayandıra bilər - Tramp
Trampın mövqeyi Rusiyada eşidilmir - Zelenski
Bu proses hansı məhsulların qiymətini artıra bilər?
Mən Putinin alovlu döyüşçüsüyəm! - Kadırov
“Formula-1“ başlayır - Bakıda
Bu ölkədən Ukraynaya hərbi yardım
Şuşada tarixi qərar: Bakı-Əbu-Dabi xəttində strateji tərəfdaşlıq mərhələsi
Kamçatkada güclü zəlzələ -VİDEO
Deputat istefa verdi, bütün rəhbər heyət getdi
Tanınmış ssenarist vəfat etdi -FOTO


15.09.2025  17:33 

BMT bu ölkəyə görə iclas keçirəcək





A+  A-

BMT-nin İnsan Haqları Şurası (HRC) İsrailin Qətərə endirdiyi zərbələrdən sonra təcili iclas keçirəcək.

XəzərNews.az xəbər verir ki, bu barədə şuranın xüsusi bəyanatında qeyd olunur.

Bildirilir ki, təcili iclas İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Pakistan və Körfəz Əməkdaşlıq Şurası adından Küveytin təqdim etdiyi iki rəsmi sorğuya cavab olaraq çağırılır.

Xatırladaq ki, ötən həftə İsrail Dohanın mərkəzində yaşayış massivindəki binaya zərbələr endirib. Həmin vaxt HƏMAS liderlərindən ibarət nümayəndə heyəti Vaşinqtonun Qəzzada son atəşkəs təklifini müzakirə etmək üçün orada olub. Qətər Daxili İşlər Nazirliyinin məlumatına görə, zərbələr nəticəsində əmirliyin daxili təhlükəsizlik qüvvələrinin bir əməkdaşı həlak olub. Bir neçə təhlükəsizlik işçisi və mülki şəxs yaralanıb. Bu arada, HƏMAS-dan verilən açıqlamaya görə, Qətər paytaxtına İsrailin endirdiyi zərbələr nəticəsində hərəkatın Qəzza zolağındakı lideri Humam əl-Həyyanın oğlu da daxil olmaqla 6 nəfər həlak olub.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi İsrailin hərəkətlərini beynəlxalq hüququn pozulması kimi qiymətləndirib və bütün tərəfləri eskalasiyadan çəkinməyə çağırıb.//Publika.az

Xəbər 2615 dəfə oxunub.



18.09.2025  16:18 

Eyfel qülləsi bağlanıb

18.09.2025  13:02 

Prezident Marta Kosu qəbul edib


BÜTÜN XƏBƏRLƏR +