İlham Əliyev Paşinyanla görüşdü
XİN-dən Paşinyana cavab
Məşhur şadlıq sarayları CƏRİMƏLƏNDİ
Sərnişin avtobusunda təhlükəli anlar yaşandı: Rəsmi qurumdan reaksiya gəldi - VİDEO
Ermənistandan İrana daha iki zərbə
Paşinyan İTV-yə müsahibə verdi - Video
Prezident Tiranaya işgüzar səfərə gedib
“İbrahim sazişləri”nə qoşulması Azərbaycana nə verə bilər?
Mehriban Ələkbərzadəyə 24 saat vaxt verildi - QALMAQAL
Şahbaz Şərif İlham Əliyevə zəng edib


06.03.2025  21:18 

Biz futbolu harda oynayırıq?





A+  A-

Dövlət Statistika Komitəsinin 2024-cü ilə olan hesabatına əsasən, Azərbaycanda 192 stadion var. Bunlardan 67-si tutumu 1 500 və daha çox tutumu olan, 125-i isə tutumu 1 500 və daha az olanlardı.

Maraqlı rəqəmlərdi.

Bununla yanaşı, ölkəmizdə 45 Olimpiya idman kompleksi fəaliyyət göstərir. Bunlardan neçəsində standarta uyğun meydança var, qeyd olunmayıb. Qurğular barədə başqa statistikalar da var, amma o qədər də vacib deyil.

Yuxarıda qeyd etdiyim statistika cavabdan çox sual yaradır. Məsələn, tutumu 1 500-dən çox olan bu 67 stadion hardadı, hansıdı? Niyə bunun heç yarısını biz tanımırıq? Yaxud digər 125 arenada kimlər oynayır, ümumiyyətlə, orda futbol oynanırmı? Həmin 67 böyük stadion həqiqətən varmı, yəni sənəddə olduğu kimi funksionallığı da qalıbmı? Yerində bina tikiblərmi, yaxud tikməyi planlaşdırıblarmı? 125 kiçik stadion sadəcə ad olaraq qalıbmı, ərazisində mal-qara otarırlarmı? Qumdu, palçıqdı, asfaltdı, süni örtükdü, düzdü, əyridi?

Suallar çoxdu.

Bu rəqəmləri ümumi götür-qoy edəndə Azərbaycanda 200 civarında böyük futbol oynamağa uyğun gələn məkan olduğu görünür. Ölkə reallığını nəzərə alsaq, bunun maksimum yarısı "ələ gələn" vəziyyətdə olduğuna ümid edə bilərik. Yəni uzağı 100 stadion.

Bəs bu 100 stadionda kimlər oynayır?

10 Premyer Liqa, 10 I Liqa, 14 də II Liqa klubları. Üç gün əvvəl püşkü atılan Region Liqasında da 54 komanda mübarizəyə qoşuldu. Bir sıra komandaların eyni stadionda oynadığını nəzərə alsaq, maksimum 70-75 arenada futbol oynanır ki, bu da 10 milyonluq ölkə üçün böyük rəqəm sayıla bilməz. Heç 200 də çox deyil. Aktiv olsalar, yenə müəyyən qədər razı qalmaq olar.

Futbol oynamaq istəyirik, amma yerimiz yoxdu. Öncə bundan başlamalıyıq.

Kənan Məstəliyev

Xəbər 3672 dəfə oxunub.




16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu

15.05.2025  11:12 

Axşam Bakıda leysan olacaq


BÜTÜN XƏBƏRLƏR +