Ərdoğan Kamran Əliyevi qəbul edib
Xanəlizadə İranı Türkiyəyə zərbə vurmağa çağırdı
Dənizdə daha 1 nəfər batdı - Rəsmi
Azərbaycanlı hərbçi Kiyevdə dəfn olundu
Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb
Özəl klinikada qanunsuzluq - Blogeri əməliyyat otağına saldılar
20 yaşlı fəhlə uçqun altında qalaraq ölüb
Azərbaycanın Ukrayna ilə bağlı mövqeyi bizə məlumdur - Peskov
Rusiya tərəfindən mənə deyilib ki... - Baş prokuror
Bu yolun təmiri üçün vəsait ayrıldı - Sərəncam


15.07.2019  09:25 

Kondisioneri qoşmayan avtobus sürücülərinə XƏBƏRDARLIQ





A+  A-

Bəzi marşrut avtobuslarında sərnişinlər sürücüyə müraciət etməsə kondisioneri yandırmaq yadlarına düşmür. Ya da bəzi sürücülər “kondisioner işləmir” bəhanəsini gətirir ki, bu da sərnişinlərin narazılığına səbəb olur.
XəzərNews.az-ın məlumatına görə, məsələ ilə bağlı Modern.az-a danışan Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, müntəzəm marşrut xətt avtobuslarında havalandırma, isitmə və sərinləndirmə sistemlərinin olması sərnişinlərin rahatlığı üçündür:

“Nazirlər Kabinetinin 73 saylı qərarı ilə təsdiq olunan tələblərdə də bu məsələ xüsusilə qeyd edilib. Hazırda marşrut şəbəkəsində bu kimi tələblərə cavab verən nəqliyyat vasitələrinin sayının artırılması istiqamətində mühüm tədbirlər görülməkdədir. Bildiyiniz kimi dövlət başçısının müvafiq sərəncamı ilə avqustda ölkəyə 300 yeni avtobus gətirilir”.

M.Ağayev eyni zamanda bildirib ki, hələ yay mövsümü başlamazdan əvvəl daşıyıcılara sərinləndirmə sistemlərinin işlək vəziyyətə gətirilməsinə dair göstəriş verilib:

“Bu barədə daxil olan konkret şikayətlər araşdırılacaq və nəticəyə uyğun da tədbir görüləcək”.

Xəbər 2876 dəfə oxunub.




22.07.2025  13:10 

Əliyev Trampa təşəkkür etdi


BÜTÜN XƏBƏRLƏR +