Ərdoğan Kamran Əliyevi qəbul edib
Xanəlizadə İranı Türkiyəyə zərbə vurmağa çağırdı
Dənizdə daha 1 nəfər batdı - Rəsmi
Azərbaycanlı hərbçi Kiyevdə dəfn olundu
Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb
Özəl klinikada qanunsuzluq - Blogeri əməliyyat otağına saldılar
20 yaşlı fəhlə uçqun altında qalaraq ölüb
Azərbaycanın Ukrayna ilə bağlı mövqeyi bizə məlumdur - Peskov
Rusiya tərəfindən mənə deyilib ki... - Baş prokuror
Bu yolun təmiri üçün vəsait ayrıldı - Sərəncam


15.04.2018  10:21 

Cəlilabadda kurqan tapıldı - Fotolar





A+  A-

Cəlilabadda orta əsrlərə aid olduğu güman edilən kurqan aşkar olunub.
XəzərNews.az xəbər verir ki, rayonun Şıxlar kəndində bayraq dirəyi basdırılamsı üçün qazıntı işləri aparılarkən təpəcik ərazidən insan sümüklərinin qalıqları aşkar olunub. Mütəxəssislərin sözlərinə görə, ərazidəki qəbirin xüsusi ölçülü qırmızı kərpic parçaları ilə əhatə olunması buranın qədim kurqan olduğunu deməyə əsas verir.
Kənddəki kiçik təpəcik ərazi uzun müddətdən bəri tarixçilərin diqqətini cəlb etsə də burada indiyə kimi arxeoloji tədqiqatlar aparılmayıb. Tarixçi Ələsgər Mirzəzadənin sözlərinə görə, burada qazıntı işləri aparılarsa kurqan abidəsi ilə bağlı daha müfəssəl məlumatlar əldə etmək olar.
Tarixi mənbələrdən məlumdur ki, bu kimi qəbir abidələri yüksək nüfuza malik olan şəxslər üçün ucaldılırmış. Artıq tapıntı ilə bağlı Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutuna məlumat verlib.



Xəbər 3332 dəfə oxunub.




22.07.2025  13:10 

Əliyev Trampa təşəkkür etdi


BÜTÜN XƏBƏRLƏR +