Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı


25.07.2023  09:29 

Sabirabadda əməliyyat: Saxlanılanlar var





A+  A-

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

XəzərNews.az DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupuna istinadla xəbər verir ki, şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən rayonun Surra kənd sakini, əvvəllər məhkum olunmuş Ehtiram Ələkbərov saxlanılıb. Onun üzərində keçirilən baxış zamanı narkotik maddə olan heroin və metamfetamin aşkarlanaraq götürülüb. Əməliyyat tədbirləri davamı olaraq saxlanılan şəxsin yaşadığı ünvana, eləcə də atasına məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı ayrı-ayrı bükümlərdə qablaşdırılmış ümumi çəkisi 1 kiloqrama yaxın heroin, metamfetamin, marixuana və 1 ədəd elektron tərəzi aşkar olunaraq maddi sübut kimi götürülüb.

Eyni istiqamətdə keçirilən daha bir əməliyyat tədbiri zamanı rayon sakini, əvvəllər məhkum olunmuş Vamiq Vəliyev də saxlanılaraq istintaqa təqdim olunub. Onun üzərinə və yaşadığı ünvana keçirilən baxış zamanı sellofan və kağız bükümlərdə qablaşdırılmış külli miqdarda heroin və metamfetamin aşkarlanıb.

Bundan əlavə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Məmişlər kəndi ərazisində yerləşən fərdi təsərrüfatların birindən 2 baş qoyun oğurlamaqda şübhəli bilinən 4 nəfər də saxlanılıb. Araşdırmalarla onların həmin kənd sakini Şəfahət Əliyev, İmişli rayon sakinləri Samir Qurbanov, Mais Kərimov və Vüsal Hümbətov olduqları müəyyən edilib. Həmin şəxslərin ətrafında aparılan araşdırmalar zamanı onların digər cinayət əməllərinin üstü də açılıb. Belə ki, adıçəkilən şəxslər iyulun 14-də eyni kənd ərazisində daha bir təsərrüfatdan 3 baş qoyunu oğurlayaraq zərərçəkmişə maddi ziyan vurublar.

Faktlarla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbər 2432 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib


BÜTÜN XƏBƏRLƏR +