Rövşən İsgəndərov azadlığa buraxılıb
TikTok“da vətəndaşların pulunu ələ keçirən saxlanılıb
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı
Direktor barəsində şikayəti qızı verib... - 100 minlik...
Vüqar Məmmədov həbs edilib
Məqsədimiz sülhü qazanmaq idi...- Hikmət Hacıyev
Yalandır, hazırda Bakıdayam - Əli Həsənov
42 yaşında universitet bitirib, 20 ildir icra başçısıdır
SEPAH komandirinə sui-qəsd edildi
Lukaşenko: Ukraynaya nəzarət bərpa olunmayacaq


04.06.2021  10:21 

Rezidenturaya sənəd qəbulu bu gün başa çatır





A+  A-

2021/2022-ci tədris ili üçün rezidenturaya sənəd qəbulu bu gün başa çatır.
Dövlət İmtahan Mərkəzindən XəzərNews.az-a verilən xəbərə görə, qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu mayın 26-dan internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün namizəd iyunun 4-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (60 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Namizəd “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə iyunun 4-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizerez/erize/?frm=egov) daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq edir (etdirir).

Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada iki mərhələdə keçirilir: baza fənləri üzrə biliklərin qiymətləndirilməsi; ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının 2021-ci il iyunun 20-də, baza fənləri üzrə biliklərin qiymətləndirilməsinin təkrar imtahanının (2-ci cəhd) 2021-ci ilin iyul ayında, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanın isə sentyabr ayında keçirilməsi planlaşdırılır. Namizədlərə hər mərhələdə 100 test tapşırığı təqdim olunur. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinə (yekun nəticəyə) təsir göstərmir. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından topladığı bal 40 və daha çox olan namizədlər buraxılırlar. Hər bir mərhələdə imtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır. Müsabiqəyə ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında topladığı bal 50-dən az olmayan namizədlər buraxılırlar.

Xəbər 6659 dəfə oxunub.




31.10.2025  19:00 

Vüqar Məmmədov həbs edilib

31.10.2025  17:20 

Muazzez Abacı infarkt keçirdi

31.10.2025  15:45 

SEPAH komandirinə sui-qəsd edildi

31.10.2025  11:42 

Ermənistanda İranın güc amili


BÜTÜN XƏBƏRLƏR +