Ceyhun Bayramov Maqdalena Qrononu qəbul edib
Bu gün Super Ay hadisəsi müşahidə olunur
ADDA-da Səudiyyə Ərəbistanı səfiri ilə görüş keçirilib
İş adamı saxlanıldı: Oteli əxlaqsızlıq yuvasına çeviribmiş
Prezident daha bir sərəncam imzalayıb
Gürcüstandakı əməliyyatda azərbaycanlı öldürülüb?
Daha bir sosial ev dələduzluğu
FHN 1 ədəd 3 otaqlı evi 91 min manata tikdirəcək
Heydərov Mehdiyevə villa bağışlayıb? - Özü danışdı
Bakıda restoranda yanğın başlayıb


02.08.2019  10:08 

“Bakıda dilənçilərə qarşı mübarizə kampaniya xarakterli deyil”





A+  A-

Bakı şəhəri üzrə dilənçiliyə, tüfeyli həyat tərzi keçirən şəxslərin profilaktikasına qarşı mübarizə sistemli formada aparılır və kampaniya xarakteri daşımır.
XəzərNews.az bildirir ki, bunu Lent.az -a Bakı şəhər Baş Polis İdarəsinin mətbuat rəisi, polis mayoru Elşad Hacıyev deyib. Onun sözlərinə görə, paytaxt polisi bu istiqamətdə qanunvericiliyin tələblərinə uyğun olaraq, dilənçiləri inzibati məsuliyyətə cəlb etməklə qeydiyyatda olduqları rayonlara göndərilməsini təmin edir:

“Təkcə ötən həftə paytaxt üzrə 28 dilənçi və tüfeyli həyat tərzi keçirən şəxs aşkarlanaraq, yaşadıqları rayonlara göndərilib.
Azyaşlıların, qadınların, “sağlamlıq imkanı məhdud olması” görüntüsü yaradan şəxslərin küçələrdə dilənməyə sövq edilməsinin məqsədi insanların ürəyinə, hislərinə təsir etməkdir. Adətən, küçədən keçənlərə salfet satan, maşın şüşələrini silməyə çalışan, ayaq-yalın, üst-başı çirkli uşaqların məsumluğundan istifadə olunmaqla, teatral vəziyyət yaradırlar. Ancaq sədəqə verənlərin sayının çox olması dilənçiliyin həyat tərəzinə çevrilməsini, zəhmətsiz yaşamağı onlar üçün şərtləndirir. Bu da azyaşlıları küçələrə salanların məqsədlərinə çatmalarına səbəb olur”.

Elşad Hacıyev onu da qeyd edib ki, dilənçilər böyük şəhərlərdə kriminal risk qrupuna aid edilirlər:

“Elm də sübut edir ki, dilənçiliklə cinayətkarlıq arasında səbəbli-əlaqə var. Bunu dünya təcrübəsində rast gəlinən örnəklər də təsdiq edir. Buraya oğurluq cinayətləri, xırda talama və narkotik vasitələrin qanunsuz dövriyyəsi, uşaq əməyinin istismarı aid edilir. Belə görünür ki, bu əlaqə dilənçiliyin yoxsulluq mahiyyətindən ayrılaraq cinayətkarlığın əlamətinə çevirir.

Bununla bağlı elmi, praktik təcrübəyə əsaslanan tövsiyələr var. Vurğulanır ki, “dilənçi görkəmi” cinayətkar üçün komufilyajdır, o, ünvanlara, yaxud insanlara daha rahat yaxınlaşa bilir və ictimai təhlükəli niyyətini həyata keçirir: əgər dilənçi şüurlu olaraq bilsə ki, cəmiyyət onun bu əməlini yaxşı qarşılamır, ona yaxınlaşmayacaqdır. Bunu nəzərə alaraq, bir çox ölkələrin qanunvericiliyində, xüsusilə Türkiyə və İtaliyada dilənçiyə sədəqə verilməsi hüquq pozuntusu hesab olunur, pul cəriməsi nəzərdə tutulur”.

Xəbər 3500 dəfə oxunub.




05.11.2025  18:05 

Daha bir sosial ev dələduzluğu

05.11.2025  13:27 

Prezident sərəncam imzaladı

05.11.2025  11:40 

Xəzər dənizində zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +