Rövşən İsgəndərov azadlığa buraxılıb
TikTok“da vətəndaşların pulunu ələ keçirən saxlanılıb
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı
Direktor barəsində şikayəti qızı verib... - 100 minlik...
Vüqar Məmmədov həbs edilib
Məqsədimiz sülhü qazanmaq idi...- Hikmət Hacıyev
Yalandır, hazırda Bakıdayam - Əli Həsənov
42 yaşında universitet bitirib, 20 ildir icra başçısıdır
SEPAH komandirinə sui-qəsd edildi
Lukaşenko: Ukraynaya nəzarət bərpa olunmayacaq


10.05.2017  19:08 

Rayona işləməyə gedən müəlliməni zorlayanların məhkəməsi oldu





A+  A-

Keçən ilin aprel ayında Ağsu rayonunun Nuran kəndində orta məktəb müəlliməsinin oğurlanması və cinsi təcavüzə məruz qalması faktı ilə bağlı məhkəmə prosesi başlayıb.
XəzərNews.az Lent.az-a istinadən xəbər verir ki, bu gün məlum hadisə ilə bağlı Şəki Ağır Cinayətlər Məhkəməsində hazırlıq iclası keçirilib. Məhkəmə baxışı mayın 22-nə təyin edilib.

Hazırlıq iclasında tutulan şəxslər onlara şər atıldığını deyiblər.

Qeyd edək ki, Nuran kənd məktəbində Təhsil Nazirliyinin göndərişi əsasında kimya fənnini tədris edən 23 yaşlı Sara Vəliyevanı (ad və soyad şərtidir) zorla maşına mindirərək qaçıran Nüydü kənd sakinləri 1985-ci il təvəllüdlü İsrafilov Bəhruz Dursunəli oğlu, onun qardaşı 1980-ci il təvəllüdlü İsrafilov Müşfiq Dursunəli oğlu, dostu 1994-cü il təvəllüdlü Əsgərov Əmrah Əbulfət oğlu və sürücü İsgəndərov Eldəniz Bəbir oğlu barəsində başlanmış cinayət işi Şəki Ağır Cinayətlər Məhkəməsinə daxil olub və iş icraata verilib. Onlardan 3-ü Cinayət Məcəlləsinin 144.2.3-cü “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam oğurluğu”, müəllimə ilə evlənmək istəyən B.İsrafilov isə 144.2.3-cü maddə ilə yanaşı, məcəllənin 149.2.4-cü (xüsusi amansızlıqla zorlama), 149.2.5-ci (təkrar zorlama), 150.2.4-cü (xüsusi amansızlıqla seksual xarakterli digər zorakılıq hərəkətləri) və 150.2.5-ci (təkrar seksual xarakterli digər zorakılıq hərəkətləri) maddələri ilə təqsirli bilinir.

Məlum hadisə keçən il aprelin 19-da səhər saatlarında baş verib. Müəllimə dərsə gələrkən kəndin ortasında qəfil maşın dayanıb və onu zorla maşına mindirərək aparıblar. Aprelin 23-də isə oğlanların qohumları qızı gətirərək ailəsinə təhvil veriblər. Məlum olub ki, müəllimə evlənmək məqsədi ilə qaçırılıb. Nüydü kənd sakini Bəhruz İsrafilov telefonla müəlliməyə niyyətini bildirib və rədd cavabı alıb. Bundan sonra elçi belə göndərmədən qruplaşma yaradaraq müəlliməni qaçırıb. Oğlanlar gənc müəlliməni əvvəlcə İsmayıllı, daha sonra isə Sabirabad rayonuna aparıblar.

Xəbər 2936 dəfə oxunub.



31.10.2025  19:00 

Vüqar Məmmədov həbs edilib

31.10.2025  17:20 

Muazzez Abacı infarkt keçirdi

31.10.2025  15:45 

SEPAH komandirinə sui-qəsd edildi

31.10.2025  11:42 

Ermənistanda İranın güc amili


BÜTÜN XƏBƏRLƏR +